ANA SƏHİFƏ / YAZARLAR

SON XƏBƏRDARLIQ

Əbülfət MƏDƏTOĞLU

16370    |   2017-01-06 14:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Buna da gəlib çatdıq

«Son» sözü daha çox filmlərin yekununda yadda qalır və bir də məzar başındakı sonuncu «fatihə»dən sonra. Mən belə bilirəm. Və bunu da öz gündəlik həyatımla, öz yaşamımla bağlı yaddaşıma köçürmüşəm. Hətta iş günü başa çatanda da bunu son saymıram. Çünki yazı-pozu adamının iş günü bitmir. Hətta yataqda da beyin oyaq olur, fikir dağda-daşda, sözün sorağında at çapır. Və deməli, beyin oyaqdısa, işləyirsə bunun harası son ola bilər? Məncə heç harası!..

Hə, mən qəsdən filmin adını çəkdim, filmi vurğuladım və bir də məzarı. Axı, onların ikisi də həqiqətən sondu. Biri yaşamın sonudu, biri də ssenarinin, süjetin. Bax, bu sona doğru bütün insanlar yol gedir. Axı həyat səhnədi. Hər birmizin də missiyamız var - bir rolu icra edirik, bir rolun ifadəçisiyik. Deməli, bütün hallarda biz sona doğru gedirik. Təbii ki, kimi gözüyumulu, kimi hər şeyi görə-görə, dərk edə-edə. Və bu sondan kimsəyə qurtuluş, xilas yoxdu…

Mən də bu yoldayam və bilirəm ki, bu yolun sonu mənə daha yaxındı. Çünki, o son özü də mənə tərəf gəlir. Özü də öz xoşuyla yox, onu mənə tərəf itələyirlər. Arxasından kimlərsə bütün gücüylə həmin o sonu qamçılayıb qovur mənə tərəf. Mən bunu görürəm, duyuram, hiss edirəm, yaşayıram. Amma heç nə edə bilmirəm. Gücüm yalnız özümə, ürəyimə çatır. Gördüklərimi, düşündüklərimi, yaşadıqlarımı ürəyimdə, ağlımda əridirəm, kiridirəm, başqa heç nə. Siz deyin, başqa nəsə etmək mümkündü? Lap sərt bir şəkildə sual qoyuram ortaya – Allahla kim allahlıq edə bilər?!

Hə, gecə bilmirəm saat 2 idi, 3 idi, gözüm divar satına sataşdı. Saata baxana qədər mənə elə gəlmşdi ki, artıq səhər açılıb. Baxıb gördüm ki, yox, saat öz ritmindədi, öz yolundadı, heç tələsməklə işi yoxdu. İnanın ki, bu da mənə təsir etdi. Çünki səhər gec açılanda dözə bilmirəm. Bütün ağırlıqların içində havalanmış kimi oluram. Hətta gecənin, qaranlığın düşməsini istəmirəm. Onda lap təklənirəm, onda lap kimsəsiz oluram və… Və gücüm ancaq qələmə çatır.


Saat

öz işində…

əqrəblər

ağır-ağır

olsa da

yerini dəyişir…

nə vaxtdı

atılıb

üstümə

geri qaytarılmış ürəyim -

əlimdədi…

sağ əlim

yaman geyişir -

ruhun şad olsun

ürəyim!..


***

Bəli, mən ötən ilin son pıçıltılarını kağıza köçürəndə içimdə iynə boyda olsa da, ümid vardı. Elə bilirdim ki, xoruz banıyla bu ümid heç olmasa özü boyda artacaq, boyuna boy calanacaq. Amma yeni ilin ilk zənglərindən, ilk basqılarından, ilk xəbərlərindən gördüm, eşitdim ki, doğru düşünməmişəm. O, iynə boyda ümidə nahaq ümid bəsləmişəm. Bir iynə boyda artmaq əvəzinə, boy göstərmək əvəzinə artıq yarım iynə boyda olub həmin o ümid. Və bu da qarşılaşdığım həyat sıxıntısının, yaşam probleminin artan fəsadlarının bəhrələridi. Çünki, mənə artıq sonuncu xəbərdarlıq etdilər. Bildirdilər ki:

- Eviniz söküləcək, başqa yolun yox!

Mən bu kəskin şəkildə deyilən hökmün özümə uyğun olan variantlarını ağlımdan gətirib keçirdim. İnanın ki, ilk yadıma düşən «ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq» məşhur şarkısı və bir də rəhmətlik ANS düşdü. Çünki ANS bu şarkını tez-tez səsləndirirdi. İndi belə şarkılara kimdi qulaq asan? Axı, ölüm alnımıza yazılıb. Və mən də yazımın əvvəlində sözgəlişi demədim ki, hamımız sona doğru gedirik. Amma onu da dedim ki, təkcə getmirik, kimlər üçünsə son da ona doğru gəlir. Bax, elə bu məntiq də mənim yeni ilin ilk günündə öz ad günümə yazdığım şeirin mövzusu oldu. Bilmirəm nə qədər uğurludu, nə qədər gerçəyi ifadə edir və yaxud hardasa özümə bir haqsızlıqdı. Amma bütün hallarda mən yeni ilin ilk gecəsinin tən yarısında özüm özümə yazdım ki:


Mən

çapılıb

yorulmuş at

həyatı bərbad

qırıq bir qanad

mənə diş qıcayır

it kimi hər zad…

bax

bundan sonra

yaşamaq üçün

nəyə gərək

inad göstərmək, inad?!

yorulmuş atları

güllələyirlər…


Yəqin ki, oxudunuz bu şeiri. Nə düşündünüz özünüz bilərsiniz. Düşünmədinizsə də yenə canınız sağ olsun. Bütün hallarda ən əsası, ən vacibi mənim üçün odur ki, içimdəkini sözə çevirə bilmişəm və xatırlatmağa çalışmışam ki, artıq güllələnmək yaşım keçib. Gecikirsiniz, tələsin! Axı, gec olmağı problem deyil, heç olmamağı problemdi. Və mən də sizə, cəmiyyətə, bütövlükdə xəlbirin üzündə qalanlara problem yaradıramsa, onların yolunun üstündəyəmsə, mənim gecəqondum onlara nəfəs almaq imkanı vermirsə, onda bunu kökündən həll etmək sizin haqqınızdı. Buyurun, həll edin! Və bir də sağ olun ki, ayın sonuna qədər möhlət vermisiniz. İndiki vaxtda kimsə kimsəyə bir quruş bağışlamır, vermir. Sizlər dağ boyda ürək sahiblərisiniz. 20-25 gün möhlət verirsiniz və deyirsiniz ki:

- Buyur, bu möhlət, bu da sənin qəpik-quruşun. 20-25 günə ev ol, evin olsun! Yığış içərisinə!

Bəli, bundan gözəl nə ola bilər ki? Axı, mənim bütün imkanlarım, bütün səlahiyyətlərim ən yüksək səviyyədədi. Bir işarəmlə torpaq ayrılacaq. Daş daşınacaq, divar hörüləcək, dam vurulacaq və nələr, nələrdən sonra top dağıtmayan, yox, yanıldım, kimlərsə uçura bilməyən bir saray tikiləcək. Və mən də dəftər-qələmimi götürüb və bir də nə vaxtsa yazdığım şeiri sonuncu dəfə pıçıldayıb köçəcəm həmin evə. Cəmi bir bəndlik o şeiri elə bu yazıda da pıçıldayıram.


Bir qış nağılıdı bu qış gecəsi

Şaxta da, sazaq da köhnə tanışım…

Bircə evim yoxdu balalarımı -

Toplayıb başıma, nağıl danışım…


Hə, deyir ağıla gələn sonda başa gəlir. Mən bu şeiri yazanda çadırda məskunlaşmışdım. Onda da qış idi və bu misraları yazdım. Rəhmətlik, dəyərli rəssam dostum Natiq Ağayev də bu misraların fonunda mənim rəsmimi çəkdi öz fırçasıyla. Bilmirəm, onun fırçasının gücüydü, yoxsa misralarım Allaha xoş gəldi… Hər nə idisə, 1992-ci ilin yazında indi sökülməsi barədə hökm çıxarılmış gecəqondunu tikib balalarımı başıma yığdım. İndi də qışdı. İndi yaza hələ xeyli var və bu qış günü gecəqondunun kitabı bağlanıb, hökm qətidi. Necə deyərlər, heç kimə, heç hara şikayət etmək olmaz. Çünki keçməyəcək. Bunu neçə-neçə dildən, neçə-neçə ağızdan eşitdim. Söz də ki, ocaq kimidi. Alışmasa, tüstü çıxmaz. Deməli, tüstü çıxırsa, ocağa od vurulub… Söz ortalıqda dolaşırsa, deməli, səslənib. Bax, budu mənim bugünkü durumumun bir səhifəsi və…

***

Deməli, bütün qabiliyyətimi, imkanımı, gücümü bir yerə toparlayıb mənə qarşı gələn sona tərəf gedirəm. Və gedə-gedə də artıq iynənin yarısı boyda olan ümidin heç olmasa, son nəfəs kimi özünü hiss etdirəcəyinə içimdə nəsə axtarıb tapmaq istəyirəm. Amma nə qədər çalışıram öləziyən şamdan başqa heç nəyi görmürəm, duymuram, hiss etmirəm. Ona görə də təntimiş, nizamını, yerini itirmiş adam kimi öz-özümdən xoflanıram. Elə bilirəm ki, indi mən daha iri addımlarla, daha sürətlə o sona doğru getsəm, bəlkə o geri çəkildi, bəlkə o bir az aramızdakı məsafəni artırdı, uzatdı. Amma deyəsən bu da elə bir ilğımdı, bir xülyadı. Yəni, gerçəklikdən tamam uzaq bir şeydi. Çünki, ürəyin hissiyatı məntiqin çıxardığı nəticədən, mənə görə, daha həssasdı, daha dəqiqdi. Bax, ona görə də həkim əlində artıq oyuncağa çevrilmiş ürəyim mənə deyir ki, sonu qabaqlamaq və yaxud sonu qovmaq öz-özünü aldatmaqdı. Sən bunu bacaran deyilsən. Çünki sənin bütün həyatın, bütün yaşamın ancaq ruhun və sözün qaynağında, ortasında özünü tapıb, özünü təsdiq edib. O yer də, o nöqtə də hər kəsə, ətrafa, xüsusilə ONA sevgiylə tanınıb, bəzənib, var olubdu. Deməli, ordan üzü bəri sənin gətirdiyin sevgi sənə indiki anda ancaq xatirədi. Kövrəlsən də, hıçqırsan da, gözlərini ovcunun ardıyla silsən də, bu bir gerçəkdi. Və bu gerçək olan xatirə sənə sadəcə stimuldu, enerjidi, hələ ki, yaşamağın üçün. Sən buna ancaq ruhunu hopdurduğun misralarla cavab verə bilərsən. Təbii ki, əgər qəbul olunsa. Bax, bu misralar kimi.


O ildən bu ilə gətirdiyinə

Baxıb güləcəksən, ağlayacaqsan…

İllərin kədərli xatirəsi tək

Məni ürəyində saxlayacaqsan…


Ələnə-ələnə keçən günləri,

Yaddaş kitabına köçən günləri…

Özün sıralayıb seçən günləri -

Sap kimi uc-uca bağlayacaqsan…


Üzünə dəyəcək gülün dodağı,

Siləcək üzündən əli, dodağı…

Adımı deyəndə dilin, dodağın -

Özün də bilmədən dağlayacaqsan!..


Bəli, deməli, bu ilin ilk yazısı mənim aldığım xəbərdarlıq notası üzərində kağıza köçürüldü. Və mən bu yazı boyu nə ad çəkmədim, nə ünvan göstərmədim. Çünki sökən də, sökülən yer də, barəsində höküm çıxarılan da, hökm verən də bəllidi. Ona görə də nə sizlərə, nə də özümə təkrar əziyyət vermək istəmədim. Onsuz da mənim əziyyətlərim həmişə ortada qalıb. Doğrudur, hələ iynənin yarısı boyda ümid var və deyirlər ümid lap sonda ölür. Amma bunu deyirlər. Nə qədər gerçəkdir, həyat təcrübəmdə rast gəlməmişəm. Nə bilim, bəlkə mümkün olan bir variantdı. Amma hər halda, mən yazımı, şeirlərini həmişə oxuduğum və fikirlərində ruh doğmalığı yaşadığım Sona xanım Vəliyevanın misraları ilə bitirmək istəyirəm.


Adi qayğılardan bezmişəm daha,

Gəl, günün özündən gün oğurlayaq.

Aşaq yaş həddini, ömür həddini,

Bircə gün bir başqa ömür yaşayaq.


Hə, bu misraları elə-belə seçmədim. Axı demişdim ki, iynənin yarısı boyda ümid var. Və mən də hələ son olmayacağına o yarım iynə boyu ümidin bucağı altında baxıram. Məşhur əsərimizdə deyildiyi kimi, bəlkə qaytardılar. Yəni, fikirlərini dəyişdilər?!..




İmza:

YAZARIN ARXİVİ

2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2017-10-19
2017-10-18


VİDEO