ANA SƏHİFƏ / YAZARLAR

SƏN MƏNİM UCA DAĞIMSAN

Faiq QİSMƏTOĞLU

42998    |   2016-12-01 12:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Hər bir adamın arxasında sığındığı bir qaya, bir dağ, bir ucalıq olanda o daha güclü və əyilməzdir. Təbii ki, bu uca qaya da, bu uca dağ da insanın arxasında duran yaxınlarıdır. Bu uca dağ qardaş da ola bilər, ata da ola bilər, ana da ola bilər, dost da ola bilər. Təki insanın kürəyinin arxasında bir böyük adam dayansın və ona «qorxma» desin…

Mənim bir yaxın dostum var. Ən çətin anlarda, ən sıxıntılı məqamlarda və hətta ağrıyıb-acıyanda belə ona sığınmışam. Tək mən sığınmamışam, bizim elin, obanın çox insanları ona pənah aparıb və ondan kömək görüblər. Belə baxanda həmin adamla ana tərəfdən qohumluğumuz da var. Bu hamının tanıdığı, daha doğrusu, sevdiyi kordioloq-həkim, tibb elmləri namizədi Rafiq Yusiflidir. Hələ Rafiq həkim Füzulidə işləyəndə çoxları onun yanına gedərdi. Və mənim rəhmətlik atamı da elə o müalicə edərdi. Atam Qismət kişi Rafiq həkimdən başqa heç kimə inanmazdı. Elə son nəfəsində də Rafiqi arzulayıb və rəhmətlik qardaşım Qürbət də Rafiq həkimi onun yanına çatdırıb. Ancaq Rafiq həkim atamı kordioqrama eləyəndən sonra başını bulayıb, gözləri dolub və çıxıb gedib. O gedəndən bir saat sonra atam dünyasını dəyişib…

Mənim Rafiq həkimlə nə az, nə çox 30 ilə yaxın bir dostluğum var. O gözəl həkim olmaqla yanaşı, həm də gözəl ziyalı, gözəl şair və gözəl də insandır. İnanmıram ki, Rafiq həkim kimi kiminsə dostu çox olsun. İnanın, onun ən böyük var-dövləti, qazancı elə bu dostlar, yaxşılıq elədiyi insanlardır…

Bunu bir daha rəhmətlik qardaşı Mobil Yusifovun yas mərasimində gördüm. Düzdür, Mobil rəhmətlik də özü çox vətənpərvər, millətini, xalqını sevən bir şəxsiyyət olub. O, Füzulidə könüllü batalyon yaradıb və o batalyonla uzun illər Füzulini erməni işğalından qoruya bilib. Dəfələrlə güllə yarası alıb, amma yenə batalyona uşaqlarına yanına qayıdıb. Deyib ki, mən uşaqları tək qoyub evdə qala bilmərəm. Mən orda olanda onlar özlərini daha güclü və qüvvətli hiss eləyirlər…

Mobil rəhmətliyin yas məclisi İmam Əli məcidində verildi. İndiyə kimi çox yas məclisləri görmüşdüm. Amma sözün açıcı bu qədər gur yas məclisi görməmişdim. Elə rəhmətlik Mobilin də ən böyük qazancı elə məhəbbəti, el sevgisi olub. Min nəfərdən çox insanı tutan bu salon dolub-boşalır və sel kimi aşıb-daşırdı. Bu insan seliydi. Gəlmişdilər ki, rəhmətlik Mobilə son borclarını versinlər. Çox qəribəydi ki, qardaş itkisi Rafiq həkimin gözlərinin dərinliyində çox aydın hiss olunurdu. Bu qədər səbrli, bu qədər dözümlü adam o dərdin qarşısında uca dağa bənzəyirdi. Dərdi içinə atıb öz ağayanalığını, böyüklüyünü yenə göstərirdi.

Rəhmətlik Mobil dəfələrlə ağır qəzalardan xilas olmuşdu. Bir dəfə də avtomobil qəzasına düşmüşdü. O maşına baxanlar demişdi ki, bu qəzadan heç kim sağ-salamat çıxmaz. Düzdür, Mobil rəhmətlik bu qəza zamanı çox ağır vəziyyətə düşmüşdü. Ancaq ölümün pəncəsindən xilas ola bilmişdi. Allah onu çox sevdiyninə görə, mələklərin vasitəsilə ölümün yaxasından almışdı. Buna görə o, həmişə Allahına şükür eləyər və ulu Yaradana duaçı olardı. Və deyərdi ki, Allahın qoruduğu bəndəni heç kəs və heç bir hadisə məhv edə bilməz…

Rafiq həkimin böyüklüyü bir də odur ki, o həmişə sadə insanlara qarşı çox böyük diqqət, sevgi və məhəbbət göstərib. İnanın, onun yanına bəlkə indiyə kimi yüzlərlə adam göndərmişəm. Yüzlərlə adamların əksəriyyəti imkansız, kasıb-kusub və pulu-parası olmayan insanlar olublar. Rafiq həkim mənim tapşırığımla onları təmənnasız olaraq müayinə və müalicə edib. Və bu adamlar da şəfa tapandan sonra mənə minnətdarlıq eləyiblər. Mən də demişəm ki, minnətdarlığı mənə yox, Rafiq həkimə eləyərsiniz.

Bir neçə gün bundan əvvəl özümü narahat hiss elədim və onun yanına qaçdım. Və məni görəndə də heç nə olmayıbmış kimi soruşur ki, nə narahatlığın var? Çünki mən ağrımayanda da, acımayanda da bir çox halda Rafiq həkimin yanına gedirəm. Bu dəfə də yanında bir neçə xəstə vardı. İçəri dəvət eləsə də keçmədim. Dedim ki, xəstələrə bax, sonra girərəm. 15-20 dəqiqədən sonra çölə çıxdı və məni içəri dəvət elədi. Bir daha məni müayinə elədi, təzyiqimi yoxladı. Dedi ki, şükür Allaha, narahatedici bir şey yoxdur. Dərmanlarını vaxtında at, pəhrizini saxla və piyada da gəz. Eşitmişəm ki, hər gün piyada 4-5 kilometr yeriyirsən. Elə bunu da davam elə...

İş elə gətirdi ki, söhbətimiz rəhmətlik Mobilin üstünə gəlib çıxdı. Mən bilirdim ki, Rafiq həkim Mobildən əvvəl də iki qardaş itirib. Əlbəttə, üçüncü qardaşı itirmək lap ağırdı. Çünki o biri qardaşların da mehrini bu qardaşa salırsan. Bu qardaş da gedəndə insan dərddən yumağa dönür. Amma mənim qardaşım Rafiq həkim dərdə əyilən və sınan insan deyil. Çünki o özü də dərddən böyük bir insandır…

Söhbətimiz səmimi alınır. Elə olur ki, yenidən rəhmətlik Mobillə bağlı günlərə qayıdırıq. Çünki Mobil həm də böyük idmanla məşğul idi. Daha doğrusu, idman ustası idi. Ancaq görünür bir alın yazısı var və o da nə vaxtsa sənin qarşına çıxmalıdır. Mobilin də taleyi belə yazılıbmış. Onu erməni gülləsi öldürə bilmədi, ağır avtomobil qəzası sevənlərinin əlindən ala bilmədi, amma toyda oyandığı yerdə qəflətən dünyasını dəyişdi. Bu da həyatın bir müəmmalı, sirli anlarıdır. İlahi özü bilən məsləhətdir.

Rafiq həkim Mobillə bağlı bir neçə xatirəsini danışır. Axı, qardaş bal kimi şirin olur. Xüsusən də onu itirəndə, o əlindən gedəndə bu boşluğu heç cürə doldura bilmirsən. Rafiq həkimin dərdi tamamilə mənə doğmadır. O dərdi həm də mən sevirəm. Sevirəm ki, bu dərd mənim qardaşımın dərdidir. Uzun illərdir sevə-sevə oynayıram o dərdlə…

… Onun gözləri dolur… Və rəhmətlik Mobillə bağlı yazdığı şeirin adını deyir: «Sən mənim uca dağımsan». Düzdür, şeir mənim yadımda əzbər qalmadı, amma bir onu bildim ki, bu şeirdə Rafiq həkim öz duyğularını, öz qardaş sevgisini çox böyük poetik və lirik bir formada təsvir edib. Bu şeirdə bir daha qardaş məhəbbəti, qardaş sevgisi əbədi bir sevgi kimi insanlara xatırlanır və sanki deyir ki, ey insanlar, qardaşlarınızın qədrini bilin, onları sevin və yad qızlarının ayaqlarına verməyin!..

… Sonra da rəhmətlik Mobilin məzar daşının üstünə yazılan sözləri mənə oxuyur. Özümü saxlaya bilmirəm və gözlərim dolur. Çünki rəhmətlik Mobillə mən dəfələrlə qohumum Əbdürrəhim Əzizovla bir yerdə müharibənin ən ağır günlərində səngərdə olmuşuq və dəfələrlə onunla Qızılqayada, Ərgünəş tərəfdə, Məngələnata yaxınlığında görüşmüşük. Və həmişə də gözlərində çox böyük bir həyat sevgisi görmüşəm. Görmüşəm ki, bu adam ölümdən qorxan, düşməndən çəkinən deyil. Və həmişə də odun-alovun içinə atıb özünü. Allah-təala da çox vaxt bu odun-alovun içindən onu sağ-salamat çıxarıb.

Rafiq həkim dedi ki, Mobil mənim uca dağım idi. İndi o uca dağım yoxdu. Mən də dedim ki, həkim, sənin uca dağın var: Mobilin balaları, sənin övladların, Mobili və səni sevən dostlarındı. Elə sənin özün ən böyük uca dağsan və həmişə özümə səni ən uca dağ bilmişəm.

…Və bu dağ bu gün Mobilin də məhəbbətini, sevgisini özündə birləşdirib bir az da uca və bir az da əzəmətli və bir az da möhtəşəm görünür. O möhtəşəm dağ ki, Rafiq qardaşım, bu gün çoxları sənə sığınır, səndən güc alır və sənə güvənir. Güvəndiyimiz dağlara isə Rafiq həkim, ürəyini buz kimi saxla, heç vaxt qar yağmır!!!..




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-10-21
2018-10-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK