ANA SƏHİFƏ / YAZARLAR

Tarixi həqiqətlər danışanda...

Etibar CƏBRAYILOĞLU

23687    |   2016-10-21 18:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tanınmış jurnalist-tədqiqatçı Şəlalə Həsənova:

"Kitablarda yatan həqiqətləri bu gün film formatında göstərmək daha maraqlıdır"

Ermənilər tarixi faktları saxtalaşdırmaqdan yorulmur, fürsət düşən kimi məkrli planlarını həyata keçirilər. Tarixçi alimlərimizin, ziyalılarımızın ortaya qoyduğu elmi dəlillər ermənilərin yalanlarını ifşa etsə də, biz hələ bu sahədə çox işlər görməliyik.

İctimaiyyətlə əlaqələr üzrə tanınmış mütəxəssislərdən biri, İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyinin sədri, Bakı Slavyan Universitetinin jurnalistika kafedrasının müdiri, istedadlı tədqiqatçı-jurnalist Şəlalə Həsənovanın fikrincə, tarixi həqiqətləri dünyaya çatdırmaq üçün müasir texnikanın yaratdığı imkanlardan daha dolğun istifadə etməliyik.

Şəlalə xanım özü bu sahədə təqdirəlayiq addımlar atır, onun müəllifi olduğu "Mənim 500 yaşım var", "Ermənilərin Qafqaza köçü xronikası", "İlk xristian dövlətinin izi ilə", "Yerevanda azərbaycançılığın izi ilə" sənədli filmlərində ermənilərin yalanları elmi sübutlarla ifşa olunur. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ərsəyə gələn bu sənədli filmlər Macarıstanda, Rusiyada, Ukraynada maraqla qarşılanıb.

- Şəlalə xanım, qısa zaman kəsiyində bir-birinin ardınca maraqlı sənədli filmlər hazırladınız. Ermənilərə məhz bu üsulla cavab vermək ideyası necə yarandı?

- Dövlət qulluğunda çalışanda uzun illər ictimaiyyətlə əlaqələrə cavabdeh olmuşam, bu sahəni elmi şəkildə araşdırmışam, bir neçə ildir ki, Bakı Slavyan Universitetində həmin fənni tədris edirəm. Belə qənaətə gəlmişəm ki, tariximizi saxtalaşdırmaqla məşğul olan ermənilərə tutarlı elmi cavablar vermək üçün bugünkü internet fəzasından daha səmərəli istifadə etməli, necə deyərlər, mübarizə texnologiyasını yeniləməliyik. Əlimizdəki faktları dünya ictimaiyyətinə qısametrajlı sənədli filmlərlə çatdırmaq bu üsullardan biridir. Çünki belə filmlər qısa xronometraj çərçivəsində böyük və tutarlı sənədli faktlar ortaya qoymağa bizə imkan verir. Sənədli filmdəki uğurlu görüntü, yerinə düşən musiqi, qəlbəyatan diktor mətni auditoriyanı cəlb edə bilir. Necə deyərlər, kitablarda yatıb qalan həqiqətləri bu gün film formatında göstərmək daha maraqlıdır. Üstəlik, bugünkü yeni media hazırladığımız informasiya məhsulun əhatəliyini görməyə imkan verir, tutaq ki, filmi youtube-yə yerləşdirdikdən sonra onun neçə min insan tərəfindən izləndiyini görə bilirik.

Bu məsəlləri nəzərə alıb 2011-ci ildən qısametrajlı filmlər hazırlamağa start verdim. Bu silsilədən olan ilk film "Mənim 500 yaşım var" adlanırdı. Tarixi İrəvan qalasından bəhs etdiyinə görə filmə məhz bu adı seçdim. Cəmi 6 dəqiqəlik bu film internetə yerləşdirildikdən cəmi iki gün sonra izləyicilərin sayı 14 mini ötdü və qısa müddət ərzində böyük maraq doğurduğundan hiddətlənən ermənilər də film çəkdilər. Onların bu təlaşı səbəbsiz deyildi, İrəvan qalasının tarixi, onu 20 ildən çox bir müddətdə Rusiya imperiyasının hücumundan müdafiə edən insanların qəhrəmanlığı filmdə tarixi faktlar əsasında göstərilirdi.

Bu illər ərzində müxtəlif tarixi mövzuları əhatə edən 9 film hazırlamışam. Bu gün yetərincə uğur qazanan "Tarixi həqiqətlərin izi ilə" özü silsilə filmlər kimi nəzərdə tutulub və iki filmdən ibarətdir. Birinci film "İlk xristian dövlətinin izi ilə", ikincisi isə "Yerevanda azərbaycançılığın izi ilə" adlanır.

- Mətbuatda dərc olunan yazılardan belə başa düşdüm ki, filmlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ərsəyə gəlib...

- İlk 4 filmi şəxsi vəsaitim və dostlarımın köməyi ilə hazırlamışam. Bakı Slavyan Universitetindəki tələbələrim də bu işə könüllü, heç bir maddi qazanc güdmədən qoşuldular. Gənclərimizin bu cür ideyalar ətrafında birləşmələri, bu işə maraq göstərmələri bir pedaqoq kimi məni hədsiz sevindirir. Vətənpərvərliyi təbliğ edən layihələrin reallaşmasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının çox böyük əməyi var. Son 3 film bu qurumun maliyyə dəstəyi ilə çəkilib və Avropa məkanında göstərilməsi üçün ingilis dilinə tərcümə olunub. "Ermənilərin Qafqaza köçü xronikası" adlı filmi də qurumun maliyyələşdirdiyi layihə əsasında hazırlamışam. Maliyyə yardımı olmadan belə keyfiyyətli film ərsəyə gətirmək mümkün deyildi. Fürsətdən istifadə edib şuranın rəhbərliyinə, bu işdə əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm.

- Bildiyim qədəri ilə "İlk xristian dövlətinin izi ilə" Roma Papasının Ermənistana səfəri zamanı səsləndirdiyi fikirlərə cavab olaraq çəkilib...

- Piar işi operativ reaksiya tələb edir. Roma Katolik Kilsəsinin rəhbəri Fransisk bu ilin yayında Ermənistanda səfərdə olarkən "Mən bura ilk xristian dövlətinə zəvvar kimi gəlmişəm", - deyə bir ifadə işlətdi. Roma Papasının bu sözləri Azərbaycan ictimaiyyətində hiddət doğurmaya bilməzdi, çünki Prezident İlham Əliyev 10 ildən çoxdur ən nüfuzlu beynəlxalq tribunalardan da qətiyyətlə bəyan edir ki, indiki Ermənistan dövləti qədim Azərbaycan ərazilərində yaradılıb. Ölkə rəhbərinin bu fikirlərini əsas tutaraq "İlk xristian dövlətinin izi ilə" filmini hazırladım və erməni alimlərinin, Qərb tarixçilərinin əsərlərinə istinad edərək bir daha göstərdim ki, Qafqazda yerləşən Ermənistan heç vaxt ilk xristian dövləti olmayıb və ola da bilməz. Ermənilər uzun müddət rəqəmlərlə manipulyasiya edərək dünya ictimaiyyətini aldatmağa və bu yolla özlərinə xalq yığmağa çalışıblar. Guya xristianlığı ilk dəfə onlar qəbul ediblər, amma bu filmdə onların saxtakarlığı tarixi faktlarla sübut olunur. 18 dəqiqəlik filmdə elmi dəlillərlə və etik qaydalar çərçivəsində Roma Papasının ermənilər tərəfindən aldadıldığını göstərməyə çalışmışam.

"Yerevanda azərbaycançılığın izi ilə" filmində də sübut etməyə çalışmışam ki, Yerevan sözü toponim olaraq ilk dəfə 1936-cı ildə işlədilib və tarixdən bizə məlum olan Ön Asiyadakı Armeniyanın indiki Ermənistana heç bir aidiyyəti yoxdur.

- Müəllifi olduğunuz sənədli filmlər geniş araşdırma, müxtəlif arxivlərdə uzun müddətli iş tələb edir...

- Filmlər üzərində çalışarkən elmdə bu günə kimi az işlədilən tezislərə daha çox müraciət edirəm. Mütəxəssislər də məhz bu məsələni filmlərimi səciyyələndirən əsas məqam kimi vurğulayırlar. Geniş araşdırma aparmadan, arxiv materiallarından istifadə etmədən buna nail olmaq mümkün deyil.

Azərbaycan və Türkiyə alimləri zaman-zaman çox sanballı elmi tədqiqatlar ortaya qoyub və əsl həqiqəti ortaya çıxarıblar. Amma mən filmlərin heç birində bu faktlardan istifadə etməmişəm. Səbəbi də çox sadədir, bu faktları dünya ictimaiyyətinə çatdırmaq istəyəndə əksər hallarda bizi subyektivlikdə suçlayırlar. Ona görə də mən başqa ölkələrdən olan görkəmli alimlərin əsərlərinə, ermənilərin özlərinin yazdıqlarına daha çox istinad etməyə çalışıram. ABŞ-da yaşayan erməni əsilli alimlərin bəziləri Yerevandakı tarixçilərin uydurmalarını, şovinist tezislərini elmi faktlarla darmadağın edirlər.

Hər yeni bir film üzərində çalışarkən hökmən tutarlı arxeoloji tapıntılara istinad edirəm. Çünki arxeologiya və antropologiya yeganə dəlil sayılır, onları saxtalaşdırmaq mümkün deyil.

- "Tarixi həqiqətlərin izi ilə" silsiləsinə daxil olan filmlər artıq Macarıstanın paytaxtı Budapeştdə, Rusiyanın paytaxtı Moskvada nümayiş olunub. Reaksiyalar necədir?

- Film çox maraqla qarşılandı. Qəzetiniz vasitəsi ilə ölkəmizin Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, professor Vilayət Quliyevə öz təşəkkürümü bildirirəm. Vilayət müəllim bu işə təkcə diplomat kimi deyil, həm də bir alim, Vətənini sevən bir ziyalı kimi yanaşdı. Avropanın mərkəzində belə bir tədbiri təşkil etmək, macar alimlərini toplamaq asan məsələ deyildi. Filmin nümayişindən sonra macar alimləri yaxınlaşıb fikirlərini bölüşdülər və yeni elmi faktlar öyrəndiklərini dedilər.

Rusiya paytaxtında da təqdimat mərasimi maraqlı keçdi və bu işdə Ümumrusiya Azərbaycanlıları Konqresinin əməyini qeyd etmək yerinə düşər. Moskvadakı təqdimat və müzakirə səmərəli oldu. Tədbirə dəvət olunan Rusiyadan, Qazaxıstandan, Ukraynadan olan alim və mütəxəssislər təkcə tərifləmədilər, irad və təkliflərini də verdilər. Mən də bir müəllif kimi öz arqumentlərimi əsaslandırmağa şərait yaratdılar.

Film Kiyevdə də göstərilib və oradakı dostlarımın köməyi ilə Ukraynanın başqa şəhərlərində nümayiş olunacaq. Onu da deyim ki, bu işin təşəbbüskarları olan milli ruhlu insanlar filmi Ukrayna dilinə təmənnasız tərcümə ediblər.

Çox istəyirdim ki, bu filmlər bizim yerli televiziya kanallarında da göstərilsin.




İmza:

YAZARIN ARXİVİ

2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-04-26
2018-04-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (40%)
"Real" Madrid (60%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Arvad ərinə:
- Əzizim, işdə bizə zərərli işə görə 15% əlavə pul ödəyəcəklər.
- Sən getdin ordakıları da zəhərlədin?




digər lətifələr
ARXİV
FACEBOOK