Adalet.az | VAHİDİN MƏCLİSİNDƏ Adalet.az | VAHİDİN MƏCLİSİNDƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

VAHİDİN MƏCLİSİNDƏ

Ələddin Qəmbərlə Vahidsiz söhbət

18607    |   2016-08-19 16:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

O məclisi çoxdan gözləyirdim. Daha doğrusu, o gün üçün özümü çoxdan hazırlamışdım. İlk müjdəni alanda gözlərim dolmuşdu. Xəyalım uzaqları gəzib dolanmışdı. İllah da ki, Füzulini, Qarabağı, Tuğu, Aşağı Seyidəhmədlini… Bu coğrafiya xəyalımın dinclik tapmadığı, gözünü qırpmadığı bir ərazidi. Bu coğrafiyada o qədər xatirələrim var ki, kitablara sığmaz, dəftərlərə sığışmaz. Mən bütün bunların hamısını bir qəhrəmanda tanımışam. O qəhrəman da Vahid Əlifoğlu olub. Hər sözümüz, hər söhbətimiz yazı-pozu, ailə-uşaq, bir də təbii ki, sabahkı günümüz olub. Amma inanın ki, o vaxtlar ürəyimdən keçən bir sözü Vahidin yanında deyə bilməmişdim. Lakin indi deyirəm. Ona görə indi deyirəm ki, zaman məsafəsi hiss edirəm ki, bizi yavaş-yavaş yaxınlaşdırır… Yolumuzun kəsişmə məntəqəsi görünmək üzrədi. Ora gedib çatana kimi o vaxt deyə bilmədiyimi indi söyləyirəm. Əgər Vahidin ruhu bu dediyimdən inciyib əsəbləşəcəksə, onda görüşümüzə qədər yəqin ki, bir az o hirs ötüb keçər, bir az yumuşalar. Bax, bu inamla, bu istəklə demək istəyirəm ki, Vahidlə hər görüşümün sonunda istəyirdim deyəm ki, sabah açılmasın, elə bugünün içində qalaq. Görüşümüz elə bugünün içərisində davam eləsin. Lakin deyə bilmirdim. Axı sabaha daha başqa planlar, proqramlar var idi. Mən "açılma sabah", desəydim, onda o, sabahkı istəklərimizə qarşı çıxmış olurdum. Bax, bu da mənim susmağa vadar edirdi…

Bu yazımın bir məqamında sabahın açılmamasını niyə istədiyimi söylədim. Və bunun ardınca məhz barəsində yazmağa başladığım məclisin özündə də həmin o istək içimdən gəlib keçdi. Çünki məclisdəkilərin hamısının dilində, ürəyində Vahid var idi. O məclisin xeyir-dua verəni, o məclisə nəzarət edən, o məclisi istiqamətləndirən də Vahid idi. Söhbət Vahidin qızının toy məclisindən gedir. Və bu məclisdə səslənən şeirlərin böyük əksəriyyəti də Vahidin idi. Mən bütün məclisin şəklini gözlərimə çəkirdim. Musiqisini, səslənən fikirləri yaddaşıma yazırdım. Bax, belə bir anda Vahidin dostları arasında özəl yeri olan, Qarabağda hər kəsin tanıyıb sevdiyi el şairi Ələddin Qəmbəri gördüm…

Düzünü deyəcəm. Mən Ələddin Qəmbəri daha çox sözündən tanımışam. Bir elin-obanın adamı olmağımıza baxmayaraq, onunla cəmi bir neçə dəfə məclis-mərəkədə qarşılaşmışam. Amma sözlərini çox sevmişəm. Üstəlik onu mənə Vahid də çox sevdirib. Adıma göndərdiyi məktublarda, yazılarda o həmişə vurğulayıb ki, oturmuşam Dördyolda, qarşımda yekə bir çaynik çay, stolun üstündə siqaret, gözümü zilləmişəm Ələddin Qəmbərin gələcəyi yola. İndi gələcək, başlayacağıq söhbətə. Əvvəl-əvvəl də səndən danışacağıq.

Bax, belə yazırdı Vahid həmişə. Bilirsiniz, bu cür təqdimatlar içdən gələndə özündən asılı olmadan sən də o təqdim edilənlərlə qaynayıb qarışırsan. Təbii ki, mən də şeirlərini çox sevdiyim, Qarabağdan olan xanəndələrin, müğənnilərin, xüsusilə Manaf Ağayevin söz çələngini nəğməyə çevirdiyi Ələddin Qəmbərin dilində, yanında olmağı özümə şərəf saymışam. Ona görə də öz növbəmdə Vahidlə hər telefon söhbətimdə Ələddini soruşmuşam, ona salamlarımı, sayqılarımı göndərmişəm. Və…

Toy məclisində Vahidin əksər dostları iştirak edirdi. Mən bir-bir onların gözlərinin içinə baxırdım. O gözlərin hamısında sevinc qarışıq bir nisgil var idi. Təbii ki, bu nisgil Vahidin qızının məclisində Vahidin olmamasından irəli gəlirdi. Bu başa düşüləndi və bu həm də sevinclə kədərin doğmalığıdı. Amma Ələddin Qəmbərin gözlərindəki kədər həm də danışırdı. Mən diqqət yetirdikcə görürdüm ki, onun sifət cizgilərində bir titrəyiş var. Sanki Vahidin ruhu ondan nə isə soruşur, ona hansısa sualları verir və o da heç kimin eşitmədiyi səslə onu cavablandırır. İnanın ki, bu hal onsuz da kövrəlmiş olan ürəyimi parçaladı. Özümdən asılı olmadan yerimdən qalxdım. Getdim… Getdim və sarıldıq bir-birimizə. İkimiz də eyni anda bircə kəlmə söz dedik:

- Allah xoşbəxt eləsin! Vahidin ruhu şad olsun!

Sonra çəkildik bir kənara. Bir anlıq susduq. Bu susmaq deyildi. Bu, içimizdə hər ikimizin eyni anda Vahidlə həmsöhbət olmağı idi. Elə bil Vahid bizi tərk edəndən sonra, yəni cismani ayrılıqdan keçən o zaman kəsiyindən sonra yenidən görüşdürdüyünə görə rahatlanmışdı. O təkcə qızının toyuna gəldiyimizə görə yox, həm də görüşdüyümüzə görə sevinirdi. Mən üzümü azacıq yana çevirdim ki, kirpiklərimin ucundakı parıltı görünməsin. Ələddin də belə etdi. Bunu mütləq Vahid gördü. Mən buna əminəm. Çünki Vahidin gördüyünü Ələddin də duydu və ovcumun içində olan əlini sıxdı. Bax, burdan anladım Vahidin bizi gördüyünü…

Yadıma bu toydan bir neçə gün öncə yazdığım misralar düşdü. O misralar da bir kövrək məqamın yaşantıları idi. İndi yaşadıqlarıma sanki elə o kövrəklikdən keçib gəlmişdim. Ona görə də pıçıldayıram o misraları.


Bilirsənmi,

bu ötüb keçən anda

azalır ümid də

hələ güman da

tale gözlərini mənə yumanda

sənin də içindən nəsə sınacaq…

bilirsənmi,

yol aparan, yol alan

vaxt ötdükcə dönüb olur ağ yalan

sonra onun arxasınca ağlayan -

eşitdiyi hər bir səsə sınacaq!..

birisənmi,

mən kim idim, kim etdin

danışmadın, susmağınla him etdin

bir naşının köklədiyi sim etdin -

ilk toxunan hər bir kəsə sınacaq!..


***

Hə, o məclisdə Vahidin dostlarından, yəni bizim çevrəmizdən olan Taleh Elsevər, yəni Taleh Əliyev də göynəyə-göynəyə, kövrələ-kövrələ çıxış elədi. Sözünün hər bir nöqtəsində Vahidi qaldırdı, qaldırdı… sözünün hər bir nöqtəsində Vahidi yaşatdı, yaşatdı… və nəhayət, sözünün hər bir nöqtəsində Vahidin ailəsini, dostlarını, doğmalarını ona aid olduqları üçün dəyərləndirdi. Mən bütün bunlara görə, Talehə minnətdaram. Amma demək istəyirəm ki, biz dostların, şəxsən mənim Vahidə layiq olmağım mənim özüm üçün şərəfdi. O mənim içimin istəyiydi. Mən bunu qazana bilmişəmsə, Vahid üçün qazanmamışam, özüm üçün qazanmışam. Özüm Vahidin əhatə dairəsində olmağım üçün etmişəm. Amma nə qədər alınıb, bunu bilənlər bilir, bir də Vahid. O ki, qaldı bu məclisin ahənginə…

Əlimi ürəyimin üstünə qoyub bir Allah bəndəsi kimi tam səmimiyyətlə etiraf etmək istəyirəm ki, məclis Vahidə layiq idi. Vahidin arzuladığı məclis idi. Sağ olsunlar ki, onun istəyini, arzusunu çin etmişdilər. Üstəlk, məclis həm də Vahidin istədiklərinin məclisi idi. Burda mən bir kənar, təsadüfi adama rast gəlmədim. Elə bil ki, dəvəti Vahid özü etmişdi. Bu səbəbdən içimdəki rahatlıq həm də bir gələcək xoşbəxtliyin işartısı idi. Sanki kimsə mənə pıçıldayırdı ki, Vahidin qızının qurduğu yuva əbədi və davamlı olacaq. Buna şübhə etmə. Mən də o andan bu yazını diktə etdiyim ana qədər o şübhədən uzağam və ümumiyyətlə, o şübhə mənə yaxın gəlmir. Deməli, həyatın təqdimatları belə yerdə öz gerçək üzünü göstərir. İçin rahatdısa, deməli seçim də yerindədi. Çox sevinirəm və çox istəyirəm ki, duyğularım, hisslərim məni aldatmasın. Ümumiyyətlə, Vahidin dostlarını aldatmasın!..

Bəli, həmin gün Füzulidə, Qayıdış qəsəbəsində qurulmuş məclisin başı üzərindəki ruh o məclisin qoruyucusu idi. Bir az qayğılı, bir az sevincli, bir az da duyğusal durumda. Bunlar normal olduğu kimi, həm də insanı silkələyən, insanı öz-özüylə üz-üzə qoyan, danışdıran görüntülərdi, məqamlardı. Mən o görüntülərin, o məqamların videoyazısı olan yaddaşımı indinin özündə də qapamıram, arxa plana keçirmirəm. Axı, söhbət Vahid Əlifoğludan, onun məclisindən gedir…

Biz Ələddin Qəmbərlə bu məclisdə Vahidin yaxınları, doğmaları, dostları kimi görüşsək də, amma həm də şəxsən mənim içimdə bu görüşün bir adı da Vahidi ziyarət etmək idi, özü də Ələddinlə birlikdə. Elə o ziyarət pıçıldadı mənə bütün bu yazdıqlarımı, bütün bu düşündüklərimi. Necə deyərlər, sifariş Vahiddən gəlsə də, onu gerçəkləşdirmək, ona şərait yaratmaq Ələddin Qəmbərin xidməti sayılmalıdır. Təbii ki, bütün olanların və olacaqların qəhrəmanları bizdən asılı olmadan seçilir. Və biz də həmin qəhrəmanların fikirlərini sözə çeviririk. Mən bu andan sonra bir müddət düşündüm. Nələr baş verdiyini, nələrdən keçib gəldiyimi xatırlamağa, anlamağa çalışdım. Gördüm ki:


Bütün itirdiklərim

tapdıqlarımın önündə

bəlkə də sizə görə

ölçüyə gəlməz -

heç nədi…

itirdiklər

im

inciməsin

tapdıqlarım

bu gün üçün

gözümün nuru,

dizimin taqəti,

varlığımın ruhu

deməli,

ürəyimdir -

seçmədi!

amma

ən böyük bir gerçək var

o da -

itirdikdlərim,

ömrümdən,

həyatımdan

heç də elə-belə

ötüb keçmədi

ağrıtdı məni

ağrıdır indi də!..


***

Həyatın mənzərələri kifayət qədərdi. O mənzərələr içərisində rəhmətlik Məməd Dəmirçioğlunun dediyi kimi, insan sayda insan mənzərələri var. Bax mən də özünəməxsusluğu ilə seçilən, heç bir ölçüyə, standarta uyğun gəlməyən, öz xarakteri, öz yaşamı, hətta danışıq manerası olan Vahid Əlifoğlunun mənzərəsini nə qədər ifadə etməyə çalışıramsa da, nöqtə qoya bilmirəm. Çünki çox qəribə və çalarlarla, cizgilərlə dolu mənzərədi. Bir yazıda, bir şəkildə onların hamısını təqdim etmək mümkün olmur. Ona görə də mən Vahidin barəsində hər dəfə yazında elə bilirəm ki, daha bitdi, bundan belə ancaq onun haqqında düşünəcəm, onu xatırlayacam. Amma neyləyim ki, bu qərarımı özümdən asılı olmadan pozuram. Səbəbi də məhz dediyim o çoxcizgili mənzərədi. Həmin mənzərənin içərisində Vahidin dostları da, elə Ələddin Qəmbər də var. Mən bunu görməyə bilmirəm. Gördüyümü də yazmaya bilmirəm. Məhz həmin gördyümüdən sonra bu misraları yazdım:


İçimdə od keçirib

Çəkdirirsən hər günah

Məni belə incidib -

Belə sınamaq günah!...


Yönüm sənə - qibləyə

Bunu nə var bilməyə!

İnanırsa kim nəyə-

O cür açılır sabah!..


Sənsən mənə dözüm də

Amma sənin gözündə

Elə mənim özüm də -

"Ah"dı, bir də ki, günah!..


Hansı qəmi geyim ki,

Ta qalmadı heyim ki?!

İstəyirəm deyim ki -

Gecik,

açılma sabah!..


Hə, mən o günü elə istəyirdim Vahid də, Ələddinlə mənim söhbətimin iştirakçısı olsun. Amma istəklə hər şey olmur ki!


Əbülfət MƏDƏTOĞLU


İmza:

YAZARIN ARXİVİ

2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-08-18
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK