adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
29 Noyabr 2021 11:54
557
MƏMLƏKƏT
A- A+

Mikroavtobus beton hissəyə çırpıldı

Bir neçə gün bundan əvvəl Bakı-Qazax yolunun Kürdəmirdən keçən hissəsində yol-qəza hadisəsi baş verib. Belə ki, Bakı istiqamətində hərəkət edən mikroavtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi beton hissəyə çırpılıb. Qəza zamanı 10 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili olaraq Kürdəmirdəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Əvvəllər olduğu kimi, yenə sürücü sərnişin dolu mikroavtobusda idarəetməni itirib. Dəfələrlə Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edir ki, 8 saatdan artıq sükan arxasında əyləşməsinlər. Bu müddətdən sonra nəqliyyat vasitəsini idarə edən sürücü yorulur, əldən düşür və yuxulayaraq avtomobili aşırır.

Təbii ki, bu qəzada da ilkin versiya kimi sürücünün sükan arxasında yuxulaması ön plana çəkilir. Ancaq hər şey dəqiq olaraq avtotexniki ekspertizadan sonra bilinəcək. Bir daha Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri məlumatlandıraraq bildirir ki, yorğun halda sükan arxasında əyləşməsinlər. Əgər yuxulayırlarsa, nəqliyyat vasitəsini stasionar postlarının yaxınlığında və digər əlverişli məkanlarda saxlayaraq bir müddət yatsınlar, sonra əl-üzlərini yuyub sükan arxasında əyləşsinlər. Bu, qəzadan qurtulmağın yeganə çıxış yoludur.

Emil FAİQOĞLU