adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 Aprel 2021 12:38
51699
KRİMİNAL
A- A+

İstanbulda azərbaycanlılarla çeçenlər arasında atışma - Ölənlər var

Türkiyədə İstanbulun Başakşehir rayonunda azərbaycanlılarla çeçenlər arasında atışma baş verib.

Adalet.az-ın məlumatına görə, hadisə nəticəsində 3 nəfər həlak olub, daha bir nəfər yaralanıb.

Həlak olanlardan biri və yaralanan şəxs azərbaycanlı olub. Atışma kriminal aləmin nümayəndələri arasında qeydə alınıb.

Hadisədən sonra yerli polis 3 Rusiya vətəndaşını saxlayıb, iki nəfərin axtarışları davam edir.