adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Noyabr 2020 12:33
76733
KRİMİNAL
A- A+

Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı

Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan F.Tomarov və S.Əliyev paytaxtın Xətai rayonu ərazisindəki kirayə yaşadıqları evdə saxlanılıblar.

Evə baxış zamanı oradan 3 kiloqram heroin, 1 kiloqram metamfetamin, 200 qram həşiş, 50 qram tiryək, 1500 ədəd metadon həbləri və elektron tərəzi aşkar edilərək götürülüb.