AzTU-nun bu layihəsi beynəlxalq elm müsabiqəsinin qalibi oldu
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovativ İnkişaf Agentliyi tərəfindən keçirilmiş Azərbaycan–Özbəkistan birgə beynəlxalq elmi müsabiqəsinin nəticələri müəyyənləşib.
Adalet.az xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan və Özbəkistanın elmi-tədqiqat və ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, alimlər arasında elmi əlaqələrin gücləndirilməsi, eləcə də aktual elmi istiqamətlər üzrə birgə tədqiqatların dəstəklənməsidir.
Müsabiqə çərçivəsində Azərbaycan və Özbəkistan alimlərinin birgə iştirakı ilə təqdim edilmiş ümumilikdə 139 elmi layihə ekspertiza mərhələsindən keçirilib.
Elmi və texniki ekspertizanın yekunlarına, həmçinin hər iki tərəfin ekspert qiymətləndirmələrinin nəticələrinə əsasən 5 elmi layihə müsabiqənin qalibi elan olunub.
Qalib layihələr sırasında Azərbaycan Texniki Universitetinin (AzTU) Logistika və Nəqliyyat İnstitutunun iştirakı ilə hazırlanmış layihə də var.
“Əlçatan mobillik – daha yaxşı şəbəkə planlaşdırılması ilə nəqliyyat sisteminin optimallaşdırılması (şəhər mobilliyinin öyrənilməsi üçün proqram təminatının hazırlanması)” adlı layihə AzTU və Özbəkistanın Cizak Politexnik Universiteti arasında elmi əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
Digər Xəbərlər
14 Sentyabr 2026 16:45
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
14 Sentyabr 2026 15:35
Bu siniflərdə Azərbaycan dilinin dərs yükü 42 saata çatdırılacaq
14 Sentyabr 2026 15:28
2026/2027-ci tədris ilində 2,2 milyon təhsil alan olacaq
14 Sentyabr 2026 12:17
Sentyabrın 15-də məktəblərdə ilk dərs belə olacaq
14 Sentyabr 2026 09:10
Dərslər başlayan gün...
12 Sentyabr 2026 15:00
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
11 Sentyabr 2026 16:35
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
11 Sentyabr 2026 11:05


Bakı -°C

