SON DƏQİQƏ:

Azərbaycanın İtaliyadakı səfirindən dünya ölkələrinə ÇAĞIRIŞ

  14737   |  
Şriftin ölçüsü  

İtaliyada erməni tərəfi, ona bağlı dairələr Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ört-basdır etmək və Qərb dünyasında, xristian dini çevrələrdə Ermənistanın mövqeyinə dəstək qazandırmaq üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin "sivilizasiyalar arasında toqquşma” olduğunu iddia edir.

Bu barədə Adalet.az-a Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, həmin dairələr münaqişəni "müsəlman ölkələrinin əhatəsində olan kiçik "əzabkeş” xristian erməni xalqının yaşamaq uğrunda mübarizəsi” kimi təqdim edir.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə katolik dini çevrələrdə populyarlığı ilə tanınan "Faro di Roma” onlayn qəzetinin müxbiri Giordano Merlicco ilə geniş müsahibəsində erməni tərəfinin bu yalan iddialarını ifşa edib.

Diplomat müsahibəsində münaqişənin tarixi kökləri, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və onun nəticələri, çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən münaqişə ilə bağlı qəbul edilmiş və Ermənistan tərəfindən məhəl qoyulmayan sənədlər, habelə 12 iyul tarixindən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi son hərbi təxribatlar haqqında danışıb.

Səfir son hadisələr vaxtı çox sayda italyan parlamentarlarının, siyasətçilərinin və tədqiqatçıların beynəlxalq hüquq normalarına uyğun olduğu üçün Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini deyib. Bununla yanaşı, erməni tərəfinin öz xeyrinə qərb dünyasının dəstəyini qazanmaq üçün münaqişəni sivilizasiyaların toqquşması kimi təqdim etdiyini deyən diplomat münaqişənin birmənalı şəkildə Ermənistanın Azərbaycan ərazilərinə olan iddialarından doğan ərazi münaqişəsi olduğunu qeyd edib. Ermənistanın fərqli mədəniyyətlərə və etnik qruplara yer olmayan monoetnik ölkəyə çevrildiyini, həm Ermənistanda, həm də işğal olunmuş ərazilərdə Azərbaycanın tarixi, mədəni və dini irsinin məhv edildiyini bildirib.

Diplomat Azərbaycanın müsəlman çoxluğu olan dünyəvi ölkə olduğunu, multikulturalizmə, tolerantlığa və inkluzivliyə böyük əhəmiyyət verdiyini, ölkəmizdə çox sayda sinaqoq, pravoslav, katolik və yevangelist kilsələrin mövcud olduğunu, paytaxt Bakının mərkəzində erməni kilsəsinin də olduğunu və ölkəmizin mədəniyyətlər arasında bir körpü kimi qlobal səviyyədə mədəniyyətlərarası dialoqu təşviq etdiyini deyib. Əlavə edib ki, Azərbaycan dünyada enerji qaynaqları ilə zəngin ölkə kimi tanınır, ölkəmizi başqalarından fərqləndirən əsas sərvəti tolerantlıq və digər mədəniyyətlərə açıqlıq ruhudur.

Diplomat qeyd edib ki, sivil dünya Azərbaycanın bu dəyərlərini yüksək qiymətləndirməli, 30 ilə yaxın müddət ərzində Azərbaycan ərazilərini hərbi cəhətdən işğal edən və bir milyondan çox azərbaycanlının evlərinə qayıtmaq, hətta öz ailə üzvlərinin məzarlarını belə ziyarət etmək hüququnu pozan Ermənistanla məsafəli davranmalıdır.

Müsahibəsində diplomat Azərbaycanın istər İtaliya, istərsə də Müqəddəs Taxt-Tacla yaxın əlaqələrindən, cari ilin fevral ayında Prezident İlham Əliyevin hər iki ölkəyə uğurlu səfərlərindən, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrin bu əlaqələrə verdiyi böyük töhfələrdən də söhbət açıb.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK