Putin, yoxsa dublyoru?

Rusiya prezidenti Vladimir Putinin sevgilisi Alina Kabayevanın bir aydır ictimaiyyət arasında görünməməsi müxtəlif söz-söhbətlərə səbəb olub.
Daha əvvəl Putinin çox xəstə olduğunu və onun dublyoru ilə əvəzləndiyini iddia edən General SVR adlı Telegram hesabında bir müddət əvvəl Kabayevanın yoxa çıxması ilə bağlı maraqlı iddialar ortaya atılıb.
General SVR yazıb ki, Putinin iki övladının anası olduğu iddia edilən 40 yaşlı keçmiş gimnast Kabayeva Kremllə bağlı sirləri sızdırdığı üçün cəzalandırılıb və buna görə də ictimaiyyət arasında görünməyib. Yazıya görə, “Putin öldü” iddiasını yayan Kremldəki anonim mənbə Alina Kabayevanın özüdür.
Telegram kanalı Rusiya liderinin sevgilisinin “dövlət sirrini paylaşdığı” üçün ev dustaqlığına buraxıldığını qeyd edərək, Kabayevanın sonuncu dəfə ötən ay Soçidə keçirilən gimnastika turnirində göründüyünə və o vaxtdan bəri onun izinə rast gəlinmədiyinə diqqət çəkib.
Putinin çox xəstə olması və hətta ölməsi ilə bağlı əvvəlki iddialar müzakirələrə səbəb olub və Kreml bu xəbərləri təkzib edib. Putinin Parkinson xəstəliyinə görə hərəkət etməkdə çətinlik çəkdiyi də iddia edilir.
Eminquey
Digər Xəbərlər

Putin Şahbaz Şəriflə görüşüb

"NATO başqa məsələdir" - Putin

Husilər İsraili təhdid edir

Rusiya Odessa və Nikolayev vilayətlərini özününki hesab edir..?

Qazaxıstan və Çin 15 milyard dollarlıq müqavilələr imzalayıb

Keçmişdə Ermənistan digər dövlətlərin hesabına mövcud olub

"CNN": "Titanik"in axtarışları ABŞ HDQ-nin əməliyyatını gizlətmək məqsədi daşıyıb
