Tramp: Meksikanı narkokartellər idarə edir

Meksikanı narkokartellər idarə edir.
Adalet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "The Daily Caller" portalına müsahibəsində bildirib.
"Mən Meksika prezidentini (Klaudiya Şeynbaum-red.) çox sevirəm. Düşünürəm ki, o, möhtəşəm bir qadındır, çox zərif və gözəldir. Amma Meksikanı kartellər idarə edir Mən oraya hərbçilər göndərməyi təklif etdim, amma o, bunu etməyimizi istəmir. Çünki o qorxur", - deyə Tramp vurğulayıb.
Daha əvvəl "The New York Times" qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, Tramp Pentaqona Latın Amerika narkokartellərə qarşı hərbi güc tətbiqinə başlamaq üçün gizli direktiv imzalayıb. Bu məlumatı şərh edərkən Şeynbaum bəyan edib ki, Meksika öz ərazisində narkokartellərə qarşı əməliyyatlar keçirmək üçün Amerika hərbçilərinin iştirakına icazə verməyəcək. Onun sözlərinə görə, ABŞ Meksikaya hərbçilər göndərməyəcək.
Digər Xəbərlər

Putin Şahbaz Şəriflə görüşüb

"NATO başqa məsələdir" - Putin

Rusiya Odessa və Nikolayev vilayətlərini özününki hesab edir..?

Husilər İsraili təhdid edir

Qazaxıstan və Çin 15 milyard dollarlıq müqavilələr imzalayıb

Keçmişdə Ermənistan digər dövlətlərin hesabına mövcud olub

"CNN": "Titanik"in axtarışları ABŞ HDQ-nin əməliyyatını gizlətmək məqsədi daşıyıb
