Sentyabrın 15- dən metroda sıxlıq olacaq?
Bakı metrosunda həmişə sıxlıq olur. Bircə yay mövsümündə , yəni tələbələr tətilə çıxandan sonra bu sıxlıq bir qədər azalır, amma onda da Dərnəgül istiqamətində sıxlıqla üzləşirik.
Məsələnin görünən tərəfi odur ki, bir - iki keçid xətti ilə bu sıxlıq aradan qaldırılmayacaq.Bunun üçün ən azından üç- dörd yeni xəttə olmalıdır . Bu istiqamətdə isə metropolitendən böyük yenidənqurma işləri görülür. Metropoliten sözçüsünün verdiyi məlumata görə, 2030- cu ilə kimi metroda on stansiya istifadəyə veriləcək!İndi isə əsas məqsəd ondan ibarətdir ki, sentyabrın 15-də əvvəlki illərdə olduğu kimi, sıxlıq yaranmasın.
Əgər sentyabr 2- də stansiyalara qatarlar 2- 4 dəqiqə müddətində çatırsa, ayın 15-dən bu interval 1- 2 dəqiqə olacaq! Görəsən, bu interval stansiyalarda sıxlığı aradan qaldracaqmı? Təbii ki, bu suala da metropoliten rəhbərliyi aydınlıq gətirə bilər.
Amma fakt faktlığında qalır ki, ötən il dərslər başlayanda sərnişin sıxlığından bəzi stansiyalara girmək mümkün deyildi. Bəlkə bu il belə olmadı və hər şey yaxşı oldu! Nə olar, təki belə olsun və stansiyalarda sıxlıq yaşanmasın!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

