Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyası bu il Şuşada keçiriləcək
Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyası Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi, "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının iştirakı ilə sentyabrın 14-də Şuşada keçiriləcək.
Adalet.az Assosiasiyaya istinadən xəbər verir ki, Assambleyada Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kiprin dövlət rəsmiləri, maliyyə requlyatorları, sığorta assosiasiyalarının, o cümlədən, Türk Dövlətləri Təşkilatının rəhbərliyinin iştirakı nəzərdə tutulub.
Tədbir rəsmi açılış hissəsi, türk dövlətlərinin maliyyə requlyatorlarının və sığorta assosiasiyalarının 2 ayrı müzakirə panelindən ibarət olacaq. Assambleya çərçivəsində Türk Dünyası Sığorta Birliyinin Türk Dövlətləri Təşkilatının məqsəd və prinsiplərinə əsaslanaraq yenidən formalaşdırılmasına dair "Proklamasiya sənədi" imzalanacaq.
Türk Dünyası Sığorta Birliyi 24 may 2022-ci ildə Azərbaycan ilə Türkiyənin sığorta assosiasiyalarının ortaq razılığı və birgə təşəbbüsü ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın sığorta assosiasiyalarının iştirakı ilə İstanbul şəhərində təsis edilib. Birliyə daha sonra Macarıstan, Türkmənistan və Şimali Kiprin sığorta assosiasiyaları müşahidəçi təşkilat olaraq qoşulublar.
Türk Dünyası Sığorta Birliyinin birinci Assambleyası Birliyin "Yol xəritəsi"nə əsasən, alfabetik ardıcıllığa görə, Azərbaycanda təşkil olunur.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

