02 Sentyabr 2025 12:39
105
DÜNYA

Husilər İsraili təhdid edir

Sananın bombalanması nəticəsundə Husilər kimi tanınan "Ənsər Allah" təşkilatl, Yəmənin baş naziri Əhməd əl -Pəhabi və bir neçə nazirin qətlə yetirilməsindən sonra, kəskin bəyənatla çıxış edib.

 Təşkilatın rəhbərliyi, Benyamin Netenyahunun rezidensiyasına  raket zərbələri endirəcəkləri ilə hədələyib. "Ənsar Allah" təşkilatı Qırmızı dənizdə, İsrailə məxsus hesab etdikləri "Skarlet Ray" neft tankerinə zərbə endiriblər. 

 Xatırladırıq ki, İsrail avqustun 31-də Sanaya raket zərbələri endirməsi nəticəsində Yəmənin hökumət üzvləri həlak olub. İsrailin baş naziri Netanyahu bəyan edib ki, raket hücumları, hərəkat rəhbərinin hamısı məhv edilənədək davam etdiriləcək.

 Rüstəm Hacıyev