adalet.az header logo
  • Bakı 12°C

"ZƏRRƏ"  barədə  bir neçə söz - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1442 | 2023-02-16 10:48

Gəlin etiraf edək ki, bu gün ən asan işlərdən biri kitab çap etdirməkdir. Sadəcə cibində pulun-paran olsun, yaxud da sponsporun  bəs  edər. Ondan sonra  nə yazmağından, necə yazmağaındaan aslı olmayaraq, 3-5 günə qalın- qalın kitabları çap etdirib paylaya da bilərsən, qoltuğuna vurub qapı- qapı satmağa da tələsərsən. Və daxili məsuliyytin, sözə sayğın olmasa, bu işin özünün reklamı, lap sadə dildə desək, xobbin kimi tirajlamqdan zövq alarsan.Amma...

Amma sən öz bildiyin kimi “qazanarsan”, oxucu və SÖZ isə bütün mənalarda itirər, təəssüflənər. Dediyim məsələ mənə görə çox önəmlidir. Və hətta ciddi problemdir.!!! Çünki bu addımlar, bu yanaşmalar SÖZÜ   öldürür. Sözün qətliyamına səbəb olur.

Sevindirici haldır ki, bu böyük söz bazarında  oxucunun axtardığı, tapanda sevindiyi və məmnun qaldığı söz də var, kitab da var. Həmin o sözü də , kitabı da həm tanıyıb sevdiyimiz qələm adamları, yazıçı və şairlərimiz, həm də ədəbiyyata yeni gələn istedadlı gənclərimiz bizə hədiyyə edirlər.

Mən mətbu orqanda çalışdığımdan bu kitablarla, bu imzalarla tez- tez qarşılaşıram. Və tam səmimi olaraq demək istəyirəm ki, o kitabların bir çoxu məni həqiqətən sevindirir. Oxuduğum üçün daxilən rahat oluram. O rahatlıq da məni sözə biraz daha artıq bağlayır. Üstəlik həm də nəsə öyrənirəm, tapıram o kitablardan…
Gənc yaza Gülər Eldarqızının yaradıcılığı ilə yaxından tanışam. Onun çap olunmuş şeir və hekayələrini oxumuşam. Avtoqrafla bağışladığı kiabı barəsində də fikir söyləmişəm. Və şəxsi görüşlərimzidə də irad və xoş fikirlərimi bildirmişəm. Yaxın günlərdən birində, tam dəqiq desək, ötən ilin dekabrında Gülər xanım özünün son kitabını mənə bağışladı. Səmimi bir avtoqrafla bağışlanmış bu kitabı mütaliə edə bilmədim. Səhhətimlə bağlı yazı-pozudan uzaq düşdüyümə görə Gülər Eldarqızının kitabı da səbrlə məni gözləməli oldu. Nəhayət ki, bu kitabı yəni onun “ZƏRRƏ” romanını oxuya bildim. Romanı başa çatdırıb bir kənara qoyandan sonra içimə, yaddaşıma köcürdüklərimi götür-qoy etməyə və müəllifə də elə fikirimi telefonda bildirməyə qərarlı idim. Lakin bir məqam məni fikrimdən daşındırdı. O məqam da müəllifin ricası idi. Gülər xanım rica etmişdi ki, roman barəsində nə düşünürəmsə, olduğu kimi deyim, yazım. Bax indi mən də həmin o düşüncələrimi kağıza köcürdün.

"Zərrə" romanı mözusuna görə oxucu diqqətini çəkir. Bu romandakı mözvu da əxlaq- məişət məsələsidir. Yəni qadın alveri, özünü satıb dolanmaq və bunu biznesə çevirmək, həmin biznesin içərisində kriminal mühit, ən önəmlisi milli dəyərlərin məhv edilməsi və erroziyası, müqəddəs ailə  sütunlarının kəsilib-atılması, bir sözlə həm Azərbaycanda, həm dünyada baş alıb gedən əxlaqın aşağılanması, böyük- kiçikliyin  hər gün tapdalanması… qısa desəm,   normal insanın həyatı ilə, ailəsi ilə bağlı düşüncələrimizin satışda olması !- bax mövzu budur.

Məlumdur ki, bu günki günümüzün reallığını oxucu daha çox izləyir. Çünki o da bir növ hadisənin  içərisindədir. Baş verənləri görür, izləyir, bəzən hətta iştirakçısı olur. Ona görə də həmin səhnələri bədii əsərdə, ekranda görəndə onun müqayisəetmək imkanı da , qiymətləndirmək imkanı da yaranır. Deməli Gülər Eldarqızı da məhz, “Zərrə”nin timsalında  bir gəlinin həyatını qələmə alıb.Onun sevgisiz ailə qurmağı ilə başlayan faicəsi sonda pritonda- əxlaqsızlıq yuvasında kulminasiyasna gəlib çatr. Həmin o prosesi izləyən oxucu müəllifin hadisələri bu qədər dərindən bilib, onu ədəbi məhsula çevirməsinə iki nüansdan yanaşır.

Birinci, mövzunun əhatəli öyrənmək, onun bütün detallarını ortaya çıxarmaq üçün mahiyyətinə varmaq...

 İkinici isə həmin o xam məhsulu maraqlı bir dil ilə, qələmlə bədiiləşdirmək.

Gülər Eldarqızının romanında bu iki məqamın maraqlı işlənməsindən bir oxucu kimi razı qaldım. Həm də mən müəllifin təqdim etdiyi Türkiyədə və Azərbyacanda cərayan edən can alverinin bir növ xarakterik cəhətlərini də əsərdə gördüm və razı qaldım. Mahiyyət etibarilə cərəyan edən hadisələr məkan anlayışını oxucuya unutdurur. İstər Türkiyədə özünü satmaq, istərsə də Azərbaycanda. Burda fərqli olan coğrafiyadır, birdə əsərin qəhrəmanı olan Zərrənin öz doğulduğu torpaqda nisbətən özünü güvənli hiss etməsidir. Qalan nə varsa necə deyərlər yataq məsələsidir Tüqrkiyədədə, Azərbaycanda da.

Romanın mənə xoş gələn cəhəti müəllifinin fantaziyasının inandırıcı olmasıdır.  Hətta adam bəzən müəllifi o həyatın sabiqlərindən biri, iştirakçılarından biri kimi də görə bilir. Bu  isə, mənə  görə artıq müəllif uğurudur. Mən romanda narazı qaldığım məqam kimi müəyyən fikirlərin,detalların təkrarlanmasıdır. Süni şəkildə söz yığını yaratmaq  və bir də mövzunu qabardanda məkanın sakinlərini  az qala ikrahla qələmə almaqdır.

Düzdür müəllif qəhrəmanının dili ilə bu ikrah hissini etiraf edir. Onun hamıya aid olmadığını söyləyir.

Ancaq fikir təkrarlandığından,  mən bir oxucu kimi, həmin səmimiyyətə inanmıram. İçimdə bir şübhə baş qaldırır.

Bu gün barəsində ilk təssüratımı   qələmə aldığım " ZƏRRƏ"  romanının kifayət qədər oxucusu olacağına şübhəm yoxdur. Amma çox istəyərdim ki, müəllif öz yazı masasında romanı ilə baş- başa qalanda ona bir oxucu nəzəri də yetirsin. Öz müəlliflik statusunu kənara qoyub, oxucu status ilə əsəri, personajları, onarın dilini, dialoqlarını içindən keçirtsin.Onda müəyyən məsələlərə mütləq yenidən baxacaq və əsərin daha mükəmməl bir variantı üçün onda istək baş qaldıracaq.
Təbii k,  bu mənim fərdi fikrim, fərdi yanaşmamdır. Müəllif isə öz əsərinə donu özü biçir., mübarək olsun!
 

TƏQVİM / ARXİV