adalet.az header logo
  • Bakı 6°C
  • USD 1.7

Yılmaz Özdil: Bir jurnalistin xatirə dəftəri...

YILMAZ ÖZDİL
84731 | 2018-02-23 11:04

Altıyaşında idim.

Çoxqoca bir qonşumuz var idi.

90yaşı olardı.

Vaxtyetişdi, vəfat elədi.

İlkdəfə idi ölümlə tanış olurdum. Dünənki kimi yadımdadır. Məhəllədə yas elanolunmuşdu. Televizoru açmaq qadağa, radio qadağa, maqnitofon qadağa. "Eşidilsəayıb olar” deyilirdi. Ucadan danışmaq olmaz. Topla oynamaq olmaz. Səssizlikhakim idi. İşə, məktəbə gedənlər başları aşağı, hüzn karteci kimi gəzirdilər.

*

Yatağında əcəliylə son nəfəsini verən90 yaşlı insanlarımızı belə yola saldıq. Xatırlayarsınız...

*

Türkiyə hələ bu duyğularınıitirməmişdi mən qəzetdə işləməyə başlayanda.

Gecə müxbiri idim.

İlk xəbərim də cinayət.

Çətin idi.

Öldürülən kişinin vəsiqə şəklini əldəetmək üçün cənazə evinə gedib özümü polis məmuru kimi qələmə vermişdim. Başqaçarəm yox idi. Çünki qəzetçi filan cənazə evinə girə bilməzdi. Hətta məhəlləyəbelə girə bilməzdi. Yas içində olan ailəyə hörmətsizlik kimi qəbul olunurdu.

*

Diriyə olmasa belə…

Ən azından ölüyə hörmət var idi.

*

Sonra?
Sonra nəsə oldu bizə.

*

80-ci illərin sonunadoğru qəzetçilərin cinayət baş verən yerlərə getməyinə ehtiyac qalmadı, cinayətxəbərləri özləri qəzetlərə gəlməyə başladı.

"Qəzetdə şəklimçıxsın, amma necə çıxarsa çıxsın” kimi qəribə bir şöhrət hissi hamınızəhərləyirdi.

Öldürülən kişininailəsi, fotoalbomunu qoltuğuna vurub qəzet redaksiyalarına gətirirdi.

İnanmaqdaçətinlik çəkə bilərsiniz, amma qonşular da gəlsin deyə avtobus tutan ailələrbelə gördüm.

*

90-ların əvvəlində qəzetçilər artıqzəhmət çəkib zəng vurmurdular.

"Cinayət baş verib, fotolarını gətirimmi?”deyə özləri zəng vururdular.

Həə, məmləkətdə cinayətlər artmışdı,hansı biri veriləcək…

"Öldürülən qız gözəldisə gətir, gözəldeyilsə boş ver” deyilməyə başlandı.

Xəbərin manşet olmağı üçün qurbanıngəlinliyini gətirənlər də olurdu.

*

90- ların axırına doğru qurbanlarınailələri ərköyünləşdi.

Özəl televiziyalar çıxmışdı, qəzetlərəüz verməməyə başladılar. "Tirajın nə qədərdirsə o qədər danış” deyəaşağılayırdılar.

Qəzetler qurbanların fotolarını verməyəçalışarkən, televiziyalar bəh-bəhlə toy videolarını yayımlayırdılar.

"Hə, əziz tamaşaçılar, görürsünüz, qatilqurbanının ailə dostu idi, boğazını kəsdiyi gəlinə qolbağını belə taxmışdı,belə yallı oynamışdı”…

*

Yeni minillik gəldi, 2000-ci illər.

Mobil telefonlar həyatımıza girmişdi,şəkillər, videolar…

Öldürülən qadının tətil videosu, qətledilən uşağın sünnət videosu filan ardı-arası kəsilmirdi. Cinayətə baxmaq üçünana xəbər buraxılışlarını gözləməyə gərək yox idi, qəzetlərin internetsəhifələrinə girib o andaca baxa bilirdin.

*

Özəl televiziyalara yeni bir atraksionlazım idi.

Tapıldı…

Analara, atalara "evinizə canlı yayımmaşını göndərək, uşağınızı necə öldürdüklərini danışın” deyildi.

Qəbul etdilər!

*

Amma… Canlı yayım maşınlarını göndərməkxeyli xərc tələb edirdi. "Çox istəyirsinizsə, gəlin, studiyada diktora danışın”dedilər.

Onu da qəbul etdilər.

*

Bu səfər başqa bir sürpriz çıxdıorataya. Özəl televiziyaların sayı bəlkə də 100 dənə idi, öldürülənlərin anası,atası isə iki.

Qara bazaar formalaşırdı.

İşin içinə pul da girdi.

"Bizim ekrana çıxın, bu qədər pul verək”deyən kanala çıxmağa başladılar. Pul verənlərin reytinqi artdı.

Ailələr bu işin dadını çıxarırdılar.

"Pul vermirəm” deyənlərin zənglərinəcavab vermirdilər.

*

Kələfin ucu elə itmişdi ki, bu iş sectorhalına gəlib çıxmışdı. Ailəni əvvəlcədən futbol meneceri kimi televiziyakanalları ilə bazarlığa oturdurdular.

Yaxşı ki, mediya başçıları ipi kəsdilər."Etik jurnalistika” öz yerini tapdı, xəbər üçün pul ödəməkdən imtina edildi.

*

Mətbuatımız bütün bu olanlardan dərsinialmışdı. Özünütənqid nəticəsində deyildi ki, rəqabət üçün bir-birimizin başını,gözünü yarmayaq, hamıya çatacaq qədər qurban ailəsi var, dava salmaq lazımdeyil, bölüşmək lazımdır!

*

Bu məqbul təkliflə razılığa gəldilər.

Qurbanların ailələri qırışmağabaşladılar.
Qurbanın atası Star tv-yə çıxırdısa, anası Kanal D-yə, böyük qardaşı Atv-yə,bacısı Şou tv-yə çıxırdı.

NTV, CNNtürk kimi xəbər kanalları acizqalır, məcburən əmiylə, bibiylə yola verirdilər.

Hamı qonaqlarını eyni vaxtda canlıyayıma çıxardır, reytinqsə türk millətinin öhdəsinə verilirdi.

*

Ailəcə hamı bundan danışırdı.

Ailəcə hamı seyr edirdi.

*

Belə-belə, yavaş-yavaş, sakit-sakit ölümnormal hadisəyə çevrildi.

*

Özgecanın atası məsələn. Səhnəyə çıxıbkonsert verdi!

*

Bəli, səhv oxumadınız… Tayyip Erdoğanınəmrilə "dövlət sənətçisi” oldu. Mersin Dövlət Klassik türk musiqisi xorunagötürüldü, qızının adı verilən meydanda Ramazan bayramı konsertində səhnəyəçıxdı, solistlik etdi. 

*

Qızı öldürüləndə müğənni olsaydı,cəhənnəm, deyərdim ki, həyat davam edir, amma… Qızı öldürüləndə dizayner idi,mətbəələrdə işləyirdi. Musiqiyə marağı var deyə, Tayyib Erdoğan tərəfindən "dövlətsənətçisi” elan olundu, çıxıb mahnı oxusun deyə xor dəstəsinəqəbul olundu.

*

Və əvvəlki gün…

Artıq mətbuatımıza da gərək qalmadığıortaya çıxdı.

*

Balıkesirdə elçiliyə gedən hərif qızıvermədikləri üçün ov tufəngini gətirdi, qəz tərəfini ucdan tutma vurdu, üçadamı öldürdü, dördünü yaraladı, bu qətliyamı mobil telefonu ilə çəkdi, diktorkimi anons verərək sosial mediyada yayımladı!

*

Özün bişir, özün ye dövrü başladı.

*

Hörmətli problemsiz mətbuatımız…

"Dəyərli” insanları cəmiyyətin gözününönünə çıxartmaqdansa, "dəyərsiz önəmli” insanları məşhur elədi.

Hörmətli bivec əhalimiz…

"Dəyərli” insanlara hörmət etməkdənsə, "dəyəsizönəmli” insanalrı başının tacı elədi.

*

Bu nəticə qaçılmaz idi.

Bir zamanalar 90 yaşlı qonşusu əcəliyləvəfat edəndə yas elan edən millətdən… Dünyanın ən vəhşi cəmiyyəti yaradıldı.

*

Afrin şəhidlərindən birinin belə adınıbilməyib, Survivor yarışmasında iştirak edənləri səhvsiz saya bilən cəmiyyətəyavaş-yavaş, sakit-sakit belə gəlib çatdıq.


 "Sözçü qəzeti" 22 fevral 2018

TƏQVİM / ARXİV