Prezident “Azərsun Holdinq” stendini ziyarət edib - FOTOLAR
Bakı Ekspo Mərkəzində 18-ci Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi – “Caspian Agro” və 30-cu Beynəlxalq Qida Sənayesi Sərgisi – “InterFood Azerbaijan” keçirilir.
Adalet.az xəbər verir ki, dörd gün davam edəcək tədbirdə kənd təsərrüfatı məhsulları, texnika və avadanlıqlar, suvarma sistemləri, qablaşdırma texnologiyaları, eləcə də kənd təsərrüfatında tətbiq olunan innovativ həllər nümayiş olunur.
Sərginin ilk günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirə qatılıb. Dövlət başçısı pavilyonları ziyarət edib, iştirakçı şirkətlərin təqdim etdiyi məhsul və texnologiyalarla tanış olub. Prezident İlham Əliyev “Azərsun Holdinq”in stendinə də yaxınlaşaraq şirkətin təqdimatını izləyib. Burada onu “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Ahmad Gozal qarşılayıb və istehsal olunan məhsullar, tətbiq edilən innovativ yanaşmalar və ixrac imkanları barədə ətraflı məlumat verib.
Tədbirin əsas iştirakçılarından olan “Azərsun Holdinq” sərgidə qida, qeyri-qida və kənd təsərrüfatı stendləri ilə geniş şəkildə təmsil olunur. Burada 20-yə yaxın istehsal müəssisəsinin 50-dən çox məhsulu sərgilənir. Bu məhsullar “Made in Azerbaijan” brendi altında dünyanın 40-dan çox ölkəsində istehlakçılara təqdim olunur.
Qeyri-qida stendində isə Azərsun Kağız və Karton İstehsalat Korporasiyasının ekoloji standartlara uyğun şəkildə istehsal etdiyi məhsullar barədə məlumat verilir.
Qeyd edək ki, sərgidə yerli şirkətlərlə yanaşı ABŞ, Almaniya, Belarus, Belçika, Cənubi Koreya, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Latviya, Niderland, Rusiya, Serbiya və Türkiyə kimi ölkələri təmsil edən şirkətlər də iştirak edir.
Digər Xəbərlər
11 Aprel 2026 11:22
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
10 Aprel 2026 20:00
Sahibkarlara verilən kreditin həcmi açıqlandı
10 Aprel 2026 11:36
"Bu cərimə məbləğlərinin minimum hədləri müəyyənləşdirilsin" - Deputat
10 Aprel 2026 09:46
Azərbaycan neftinin qiyməti açıqlandı
09 Aprel 2026 10:00
Dövlət qurumlarında işləyən şəxslərin maaşı ilə bağlı yeni QƏRAR
09 Aprel 2026 09:59
Azərbaycan nefti ucuzlaşdı
08 Aprel 2026 18:23
Azərbaycandan Serbiyaya ixrac olunan qazın həcmi açıdlandı
08 Aprel 2026 17:18


Bakı -°C

