Ukrayna atəşkəs memorandumunu Rusiyaya verdi

262 | 2025-05-29 09:01

Ukrayna Rusiyaya atəşkəslə bağlı memorandumu təhvil verib.

Adalet.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rüstəm Umerov məlumat verib.

"Mən Ukraynanın mövqeyini əks etdirən sənədimizi Rusiya nümayəndə heyətinin rəhbərinə təhvil vermişəm. Onlar bu sənədi alıblar. Biz Ukraynanın tam və qeyd-şərtsiz atəşkəsə və gələcək diplomatik işə hazır olduğunu təsdiq edirik. Biz ruslarla görüşlərin əleyhinə deyilik və onların “memorandum”unu gözləyirik ki, görüş boş olmasın və həqiqətən də, müharibənin sonunu yaxınlaşdırsın", - deyə Umerov bildirib.

TƏQVİM / ARXİV