Təmtəraq və kədər rəngi. Bəlkə də həyatın rəngləri… Hər birimiz hər iki rənglə tanışıq. Belə ifadə edək – müstəqillik və müstəmləkə rəngi…Yəni yaşadığımız, mövcud olduğumuz dövrdə görmüşük bu rənglərin bütün çalarların…
Müharibənin lap yaxına gəldiyini Əfqanıstan savaşında hiss etdik. Evlərdən oğullar getməyə başladı və göz yaşları gəldi…evlərə-yurdlara, ailələrə…
Hər ölkənin adıyla çağırılan savaşlar…Yuqoslaviyada başlandı iki sistemin savaşı da. Ölkənin adını qoysalar da, əslində, bu sistem deyildi təkcə, həm də məzhəb savaşı idi. Bu anlayışı isə tarixi romanlarda oxumuşduq… İndi yenidən tarixi fraqmentlərə yönəlib film sənayesi və məzhəb savaşlarından kənar qala bilmir.
Yuqoslaviyada ilk savaş günlərində çox simpatik bir oğlanı öldürdülər – jurnalist Noqin… Xorvatlar və serblərin davasında. Serblər pravoslav, xorvatlar katolik idi. İosif Broz Tito millət adı çəkməyi qadağan etmişdi öz ölkəsində… Fərq etmədi – başını yerə qoyan kimi, baş qaldırdı millətçilik… Və ya məzhəbçilik…
Xristian aləminin öz qaydaları var və Varfolomey gecəsini unutmurlar. Buddizm və ya başqa izmlərdə məzhəb savaşı olubmu, bilmirəm. Amma İslam və Xristianlıqda davam edir.
(Bu qravür 18 -ci əsrə aiddi. Şamaxının uzaqdan təsviri. Elə marağa ikinci Şamaxı savaşı haqqında netdə məlumatlar axtaranda qarşıma çıxdı, kopi elədim.)
Şamaxı və ümumiyyətlə, Şirvan Səfəvilərin zəiflədiyi vaxtlarda bir müddət (təxminən 30 il) Osmanlı hakimiyyətinə keçib. Amma yerli xalq heç vaxt sevməyib Osmanlını. Yəqin məzhəb faktoru da öz sözünü deyib…
Birinci Şah Abbas qüdrətli şəxsiyyət olub. Xalqın da yaddaşında qalır maraqlı insan kimi. Rəvayətlər çoxdu haqqında. İtirilmiş torpaqları da o qaytarıb… Amma sözüm bu deyil.
Biz deyək ki, rusun basqısı altında öz tariximizi təhrif olunmuş oxuyurduq. Osmanlıya noolmuşdu bəs? Tarix yazanda da sultanlara yaltaqlıq edirlər. Həmin dövr tarixinə baxıram türk resurslarında – deyir, Sultan içki yasağı qoydu, əməli-saleh müslüman idi. Sonra yeniçərilər üsyan qaldırdı, o da yasağı qaldırd. İki dünyada cavab verəcəyi günahını düşünürdü…
Osmanlı sultanlarının böyük əksəriyyəti əyyaşlıqdan cavan yaşda vəfat ediblər. Bunu hamı bilir də…
Şamaxı savaşı haqqında beş-altı kəlmə vardı. Belə tarix yazarlar??? Yəni fərq eləmir,eyni yoldan davam edir bəşəriyyət…