Bəhmənlinin xan çınarı... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
207 | 2025-05-23 13:17

... İnsan var ki, çinara bənzəyir, adam da var ki, dağ bənzəyir... Hər ikisi arxadı, elə- obaya söykəkdi... Və hər ikisi həm də ucalıq rəmzidir. O eldə , yurda çinar kimi, dağ kimi adamlar var, o insanlara heç bir qorxu olmaz. Füzuli rayonunun Böyük Bəhmənli kəndində dünyaya göz açmış və orda da boya - başa çatmış Süleyman Adil  oğlu İsmayılov da belə bir uca xan çinarına  bənzəyirdi. Və o kişinin, o böyük ziyalının, o böyük insanın kölgəsi özündən, qohumlarından çox el- obanın üstünə düşüb.El üçün yaşayan, el üçün çalışan adamları o camaat da çox sevir, çox istəyir...  

Tək Bəhmənli də deyil, Füzulidə, respublikamızda bir ziyalı, bir vətənpərvər, dövlətə və dövlətçiliyə sadiq insan kimi tanınıb və sevilib. Bu insan həmişə qurub- yaratmaq həvəsi ilə çalışıb. Və harda işləyibsə, orada yaddan çıxmaz , unudulmaz izlər qoyub...İstər Sovet dönəmində, istərsə də müstəqillik dövründə məsul vəzifələrdə işləyərkən dövlətə  və xalqa sədaqətilə  seçilib... Nə qədər ucalığa qalxsa da, həmişə öz sadəliyi, səmimiyyəti onu el- obaya sevdirib... Hər şeyi qazanmaq olar;var- dövləti, evi, maşını... Amma el məhəbbətini hər adam qazana bilməz...

Bax Süleyman İsmayılov el məhəbbətin qazanıb. Süfrəsində tək çörək yeməyib və bir tikə çörəyini də , hətta tanımadığı adamlarla bölüşməyi bacarıb!      Nə  əl- obada , nə də işlədiyi yerdə özümdən razı olmayıb, əksinə çox adama çörək verib, yanında  iş düzəldib... Bütün bunlar bir daha onun böyüklüyünü , Allah yaxın olmağını göstərir... O, tək balalarını, nəvələrini çox istəmirdi... O, həm də elini- obasını , Bəhmənlini  çox sevirdi. Ona görə də hara gedirdisə, orada çox qala bilmirdi Süleyman müəllim.Mayın 18- də 73 yaşı tamam oldu. Və sevdiyi balalarını, nəvələrini, əzizlərini başına topladı.Elə.bil ki, bu ad günü deyil, vida görüşü idi. Və bir gün sonra Allahın dərgahına qovuşdu...

Heç kimin ağlamağını istəməyən o böyük insan bizim hamımızı ağlatdı... Balalarını, nəvələrini, dostlarını, bütün Bəhmənli elini ağlatdı... Nəvələri Sədaqəti, Tunarı, balaca Süleymanı ağlatdı... Onun ölüm xəbərini eşidib səhər saat 9- da Bəhmənliyə  gələn xalqın sevimlisi Manaf Ağayevi ağlatdı... Dostumuz Manaf Süleyman müəllimin tabutuna çiyin verdi. Qəbirə qoyulana  kimi orada oldu və göz yaşlarını saxlaya bilmədi. Və mən bir daha Manaf Ağayevin dostluqda necə sədaqətli olduğunu  gördüm... Süleyman müəllimin dostları Məhərrəm müəllimi, Vahid  və Hacı qardaşımızın  boynu bükük dayandığına   görə ürəyim para- para oldu... Füzuli rayon Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyevin dəfn mərasimində çıxışı biz kövrəltsə də , onun Süleyman müəllimlə bağlı səsləndirdiyi unikal  fikirlər bizə bir təsəlli oldu. Mənim müəllimim , böyük ziyalı Nurəddin Abbasovun bu ailə ilə  bağlı 50 ildən çox dostluğunu xatırlatması, ötən günləri yada salması, Adil əmimi, Hürzad  mamamı yada salması məni  və Təbrizi ötən əsrin 70- çi  illərinə qaytardı...    

Süleyman İsamayılov Birinci və İkinci Qarabağ savaşında Azərbaycan ordusuna təmənnasız olaraq kömək edib. Və 44 günlük İkinci Qarabağ savaşında Horadiz şəhərindəki çörək zavodunda  24 saat işləyərək ordumuzu isti çörəklə təmin ediblər. Həmin günlərdə Horadiz atəşə tutulanda mərmilərin bir neçəsi çörək zavodunun həyətinə düşüb. Və  qorxudan bir neçə qadın işə çıxmayıb, amma Süleyman müəllim öz qohumlarını Bəhmənlildən  gətirərək bir saat olsun  belə müəssisənin dayanmasına imkan verməyib, xoşbəxtlikdən ölüm- itim də  olmayıb.O, səhər qədər çörəkçiləri tək qoymayıb  və onlara rəhbərlik edib.Onlar böyük mükafata layiq idilər, amma əziyyəti Süleyman müəllim və işçiləri çəkdilər, mükafatı isə başqaları...

O, xeyriyyəçilik işləri də görüb, yetimə- kasıba əl tutub, arxa durub. Çox yas məclisinə  çörəyi pulsuz göndərib. Amma bunun heç birini o böyük kişi bir dəfə olsun belə dilinə  gətirməyib... Təbii ki, böyük insanlar həmişə belə edib: sağ əl elədiyini, sol əl bilməyib! Süleyman İsamayılov xeyirxah işlərinə görə bir çox mükafatlara, o cümlədən " El atası" mükafatına layiq görülüb.Amma onun üçün ən böyük mükafat Bəhmənli camaatının məhəbbətini, sevgisini qazanmaq idi, ona da  bacardı! Yeri Cənnət olsun! Yazımızın əvvəlində qeyd etdik ki, Süleyman İsmayılov heç kimin ağlamasını istəməzdi. Amma el üçün yaşayan insan üçün el də ağladı!..

Süleyman müəllim indi o dünyanın ən gözəl yerndədir- Allahın yanında  və onun dostu o böyük Ulu Yaradandır! Allah isə bütün dostlardan daha sədaqətlidir!

Yazımıza dostumuz  və qardaşımız , Xalq şairi Ramiz Rövşənin bir bənd şeiri ilə nöqtə qoyuruq:    

Qəbrim üstə istəmirəm,

Bir dost- tanış  ağlasın ,

Bir az külək uğuldasın ,

Bir az yağış ağlasın...

TƏQVİM / ARXİV