adalet.az header logo
  • Bakı -°C

Türkiyə Suriyada bu əməliyyata dəstək verəcək? – RƏSMİ

82 | 2025-12-31 15:08
A- A+

Türkiyə "Tək dövlət, tək ordu" prinsipinə uyğun olaraq Suriya hökuməti ilə sıx əməkdaşlığı davam etdirir və PKK-nın qolu olan SDQ-nin Suriya ordusuna inteqrasiya prosesini də yaxından izləyir.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bəyanat yayıb.

“Daha əvvəl də vurğuladığımız kimi, SDQ-nin bu mövqeyi Suriyanın ərazi bütövlüyü və sabitliyinə zərər verir. Suriya hökuməti öz birliyi və bütövlüyü üçün təşəbbüs göstərməyə qərar verərsə, Türkiyə buna dəstək verəcək", - bəyanatda bildirilib.

Qeyd edək ki, daha əvvəl Suriya hökumətinin SDQ-yə qarşı əməliyyata başlayacağı barədə məlumat yayılmışdı. Əməliyyatda Türkiyənin də dəstək verəcəyi qeyd olunub./axar.az

TƏQVİM / ARXİV