Generallar Putinə yalnız müvəffəqiyyətlərdən dəm vururlar
Rusiya prezidentinin yanında keçirilən iclaslarda generallar "hər şeyin planlar üzrə getdiyini, cəbhə üzrə uğurla irəlilədikləri barədə məlumatlar verirlər. Baş qərərgah rəisi Valeri Gerasimov və hərbi qruplaşmaların komandanları yalnız "Xüsusi hərbi əməliyyat zonasındakı nailiyyətlərindən" bəhs edirlər..
Gerasimov bəyan edir ki, bu il çox uğurlu olub və Rusiya hərbi qüvvələri ancaq uğurlu əməliyyatlar keçirib. Müdafiə naziri Andrey Belausov bəyan edir ki, "hər şey plan üzrə gedir". "Qərb" cəbhəsinin komandanı Sergey Kuzovlev Putinə raport verir ki, "Kupryansk ətrafında müqavimət göstərən Ukrayna silahlı qüvvələri yanvar-fevral aylarlnda məhv ediləcək".
Maraqlıdır ki, həmin bu general Kuzovlev, hələ noyabr ayında Putinə Kupryanskinin alındını edildiyini məruzə etmişdi və buna görə Rusiya prezidenti dekabrın 9-da, onu "Rusiya Qəhrənanı" qızıl medalı ilə mükafatlandırmışdı. Deməli, belə çıxır ki, baş qərərgah rəisi Gerasimov və Kuzovlev Rusiya prezidentinə şəhərin alınması barədə yalan məlumat veriblərmiş.
Ukrayna prezidenti Volodimir Zelenski hələ dekabr ayının 12-də Kupryansk şəhərindən şəxsən video görüntülərini yaymaqla, rus generallarının yalanlarını ifşa etmişdi. Lakin buna baxmataraq, Rusiya hərbi qüvvələrinin baş qərərgah rəisi Gerasimov, Putinə yenə də Kupryanskinin rus hərbi qüvvələrinin nəzarətinfə olduğunu bildirib.
Putinin yəqin ki, xarici KİV-ləri, sosial şəbəkələri izləməyə vaxtı yoxdur. Lakin, administrasiyası, xarici işlər nazirliyi, mətbuat xidmətinin rəhbəri, köməkçiləri və məsləhətçiləriki izləyirlər və Zelenskinin Kupryansinin mərkəzindən yayımladığı video görüntüləti görüblər. Onlar niyə "ali baş komandanlarına" bu barədə məlumat vermirlər?
Görünən odur ki, "Putin onlara bəd xəbərlər vermələrini qadağan edib", barədə yayılan xəbərlər, heç də şayə, dedi-qodu deyilmiş...
Maraqlıdır ki, Kremlin ruporları- solivyovlar, siminyanlar, skabayevalar da, Zelenskinin Kupryansk şəhərindən birbaşa yaydığı video görüntülər barədə susmağa üstünlük veriblər.
( "Radio Svoboda" nın materiallarlndan istifadə olunub)


Bakı -°C
