adalet.az header logo
  • Bakı -°C

"Türkiyə ABŞ və İran arasında vasitəçi olmağa hazırdır" - Ərdoğan

100 | 2026-02-03 19:42
A- A+

Türkiyə İran və ABŞ arasında mövcud fikir ayrılıqlarının aradan qaldırılmasında vasitəçi rolunu üzərinə götürməyə hazırdır.

Adalet.az xəbər verir ki, bunu Rəcəb Tayyib Ərdoğan “Asharq Al-Awsat” qəzetinə müsahibəsində bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə bütün beynəlxalq platformalarda İrana qarşı hər hansı hərbi addımın qəbuledilməz olduğunu açıq şəkildə ifadə edib.

Türkiyə Prezidenti fevralın 3-də Səudiyyə Ərəbistanına rəsmi səfər edib. Səfər çərçivəsində o, Krallığın vəliəhdi və Baş naziri Məhəmməd bin Salman ilə görüş keçirib.

TƏQVİM / ARXİV