adalet.az header logo
  • Bakı -°C

Güneldən Tatlısəsin ona miras verməsi xəbərlərinə REAKSİYA

76 | 2026-02-03 19:00
A- A+

Uzun illərdir Türkiyədə yaşayan müğənni Günel Zeynalova Bakıya qayıdıb.

Adalet.az xəbər verir ki, sənətçi bu haqda "İncə səhər" verilişində danışıb. O, bildirib ki, artıq Bakıda yaşamağı planlaşdırır:

"Azərbaycandayam. Burada da ev sahibi oldum. Hələ torpaqdır. Bitsin, qonağım olacaqsınız. Artıq gəlmişəm, meydandayam".

Günel türkiyəli müğənni İbrahim Tatlısəsin ona mülklərindən miras ayırması haqda xəbərlərə belə reaksiya verib:

"İbrahim Tatlısəs mənə mal varlığını verməyib. İbrahimin 6 övladı var. Mənə deyir ki, sən də övladımsan. Yeddinci övladıyam. Allah övladları ilə arasına girən şeytanı məhv etsin. Mənə balaca bir şey versə də, aldım qəbul etdim". (Axşam.az)

TƏQVİM / ARXİV