adalet.az header logo
  • Bakı -°C

Tokayev Pakistanda top atəşi ilə qarşılandı

82 | 2026-02-03 19:51
A- A+

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Pakistana dövlət səfərinə gəlib.

Adalet.az xəbər verir ki, Pakistanın hava məkanında Qasım-Jomart Tokayevin təyyarəsini döyüş qırıcıları müşayiət edib.

İslamabad Beynəlxalq Hava Limanında Qazaxıstan liderinin şərəfinə fəxri qarovul dəstəsi dəstəsi düzülüb və onu qarşılama mərasimində 21 top atəşi açılıb.

Tokayevi hava limanında Pakistan Prezidenti Asif Əli Zərdari və Baş nazir Şahbaz Şərif qarşılayıb.

TƏQVİM / ARXİV