ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Putin Ukraynanın "ağ günə" çıxmasını istəyir. "Rusiya Ukraynanı ucuz enerji daşıyıcıları ilə təmin edəcək", "Putin söz verib ki, Ukraynanın bərpa olunmasına da köməklik edəcək"- deyə ABŞ prezidrnti bildirib.
Cənab Birləşmiş Ştatların prezidenti, ətrafınıza topladığınız administrasiyamızdakı məsləhətçilərinizdən biri yoxdur ki, nəzərinizə çatdırsın ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin hələ bu günədək verdiyi sözlərin birinə də əməl etməyib? "Bu nə axmaqlıqdır, Rusiya heç vaxt Ukraynadan Krımı almayacaq ", "Çox sərsəm sualdır, Rusiya Ukraynaya hücum etməyəcək" və s. kimi bəyənatlar verib, sonra Krımıda, hələ üstəlik Donbasıda, Luqanskda, Xerson və Zaparojyenidə işğal etmədimi?
Dörd ilə yaxındır Ukraynada bombalamadığı, aviazərbələr endirmədiyi, xarabalığa çevirmədiyi şəhər və kənd qalıbmı? Putin bu gün verdiyi vədi, səhəri gün çiynəyən adamdır. Dünən sizə "Ukraynanın "ağ günə" çıxmasını istədiyini bildirən adam, üstündən bir saat keçməmiş dinc sakinlər yaşayan, Ukraynanın paytaxtı Kiyev şəhərini intensiv raket atəşinə tutub, çixlu sayda ölən və yaralanan var.
"Məslətçilərinuz" yəqin həmin vaxtı yatmış olublar, xəbərləri "olmayıb". Putinin başlarının altına qoduğu yastıq çox yumşaq olub...


Bakı -°C
