adalet.az header logo
  • Bakı -°C

Tramp öz adını daşıyan dərman veb saytı açdı

78 | 2026-02-06 09:44
A- A+

ABŞ Prezidenti Donald Tramp əlverişli qiymətə dərmanların əldə edilə biləcəyi "TrumpRx.gov" veb saytını ictimaiyyətə təqdim edib. 

Adalet.az xəbər verir ki, Ağ Evdə keçirilən mətbuat konfransında özünün eyniadlı əczaçılıq veb saytının istifadəyə verildiyini elan edən Tramp, vəzifəyə başladığı gündən bəri bütün əsas əczaçılıq şirkətləri ilə ciddi müzakirələr apardığını və bu müzakirələrin bir çox vacib dərmanların qiymətlərində əhəmiyyətli dərəcədə azalma ilə nəticələndiyini söyləyib. 

Tramp seçkilərdə verdiyi böyük vədi yerinə yetirdiyini bildirərək, yeni xidmətin milyonlarla amerikalıların həyatına birbaşa təsir edəcəyini və onların büdcəsinə əhəmiyyətli dərəcədə töhfə verəcəyini açıqlayıb. 

"Biz bütün dövrlərin ən transformativ səhiyyə təşəbbüslərindən birini başlatırıq. Bu, böyük bir işdir", - o, əlavə edib. 

  • Fevral:
  • 6

TƏQVİM / ARXİV