adalet.az header logo
  • Bakı -°C

Füzulinin iki kəndində yeni evlər tikilir

185 | 2026-02-27 19:15
A- A+

Füzuli şəhərinin mərkəzində Zəfər yolunun kənarında salınan çoxmənzilli binalarda 825 ailə məskunlaşıb. Bu isə 3169 nəfər sakin deməkdir. Şəhərdə 38 çoxmərtəbəli bina, eləcə də 846 mənzildən ibarət 4, 5 , 6 və 7 mərtəbədən ibarət binalar inşa edilib.

Adalet.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov bildirib.

"Kəndlərdə də quruculuq işləri davam etdirilir. Pirəhmədli və Dövlətyarlı kəndlərində tikinti işlərinə başlanılıb. Tikintinin 1-ci mərhələsində Dövlətyarlı kəndində 450 fərdi ev, Pirəhmədli kəndində isə 255 fərdi evin inşası planlaşdırılır. Eləcə də bu kəndlərdə məktəb, uşaq bağçası, kənd meydanı, bazar və digər infrastruktur obyektləri də formalaşdırılacaq", - deyə o əlavə edib.

  • Yanvar:
  • 30

TƏQVİM / ARXİV