adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Tosu Zəngilanskilərin cəmiyyəti - Emin Piri yazır

Emin Piri
446 | 2022-01-19 13:53

Şərq cəmiyyəti öz qəhrəmanını, ziyalısını, şairini ancaq edam kürsüsündə görmək istəyir. Şərq deyirəm, amma ola bilsin bizdə belədir. Edam kürsüsü olmasa da ən azından acından ölməlidir. Kiməsə möhtac olmalıdır. Kitabını çıxarmağa pulu olmamalıdır. Yoxsa yaxşı yaşamağı cəmiyyət qəhrəmanına, ziyalısına bağışlamayaq.

Məsələn, “O bağ olaydı”dan mütaliəsi o yana keçməyənlər bilirsiniz Müşfiqi niyə sevir? Güllələnib, cəsədi tapılmayıb deyə. Özü də gənc öldürüldüyünə, nakam yaşadığına görə...

Söhbət burda Müşfiqin müzakirəsindən getmir, cəmiyyətin yanaşmasından gedir. Heç onun sovet şeirlərindən belə xəbərləri yoxdur. Əmin olun ki, Müşfiq qurban olmasaydı, yaşasaydı, vəzifə tutsaydı, onu indi o sovet şeirlərinə görə ittiham edirdilər.

Yaxud Hadi oxuyublar? İnanın ki, heç bir misrasını bilməyənlərə Hadi niyə əzizdir? Desinlər ki, ura, şairimiz, ziyalımız şeirlərini satıb. Məhz buna görə...

Bununla paralel yüzlərlə misal çəkmək olar.

Bu o cəmiyyətdir ki, az qala min il öncə yaşamış Nizamini bağışlaya bilmir. Əsərlərini hökmdarlara göndərib deyə. min ildir onun xanımını müzakirə edənlər var ki, kəniz idi, görəsən, şah sarayında ona nə ediblər?

Füzulinin 9 akça ala bilməməsinə sevinirlər ki, onu süründürüblər. “Salam verdim rüşvət deyil deyə almadılar”ın yerinə ayrı söz olsaydı yarım minillik öncə yaşamış şairi buna görə sıxma-boğmaya salacaqdılar ki, niyə acından ölməyib?

Guya Nəsimi sevgisi bunlarda anlmadıqları şeirlərinə görədir? Dərisini soyublar-gur alqışlar!

Baxın, elə döyüşçülərə yanaşmağa.

Təzə dəb çıxıb;Səfərbərliklə aparıblar.

Ya da ordunun zabiti maaş alır.

XTQ hər ay 2-3min manat maaş alır da, etməlidirlər. və.s.i.

Bilirsiniz, bunlar qəhrəmanlarını da belə istəyir. Döyüşçü cəbhədə olanda ailəsinin bir qəpiyi olmasın, ailəsi acında ölsün, hökmən kimlərəsə möhtac olsun. Şəhid ailəsi evsiz-eşiksiz çöllərdə qalsın. Bunlar da alqışlarla paylaşsın ki, baxın, bu əsl qəhrəmandır, özü də ölür, ailəsi də...Yaxşı bir şeyi, uğuru, nə ona, nə ailəsinə bağışlamazlar.

Hə, onu deyirdim,bu cəmiyyət sado-mazoxist psixoloji olaraq qəhrəmanını, ziyalısını, şairini ya acından ölən, ya nakam həyat yaşayan, ya da ümumiyyətlə öldürülməyini istəyir.

Hamı cəmiyyət deyil, bəli, amma böyük kəsim elə o cəmiyyətin özüdür.

Tosu Zəgilanskilər və.s kimi qəhrəmanları yaxşı yaşatmaq lazımdır, çünki o şəxslərdə bu cəmiyyət özünü görür, özünü onlarda tapır. Özündən olanın pis yaşamasını istəmir, özündən üstün, fərqli hiss etmir, həmçinin öz xarakterinə və.s görə təhlükə görmür.

Bu cəmiyyətdə ziyalıya, qəhrəmana, vətənini sevənə uğuru, yaxşı yaşamağı bağışlamazlar...

Bunu edələrin, bu cür danışanların məqsədi nədir?Səbəbi məndən də yaxşı bilirsiniz...

TƏQVİM / ARXİV