Bu il Fransada 116 000 hektar ərazi külə dönüb
Fransada meşə yanğınları davam edir.
Adalet.az xəbər verir ki, Daxili İşlər Naziri Loran Nunyes “France 2” telekanalında ölkədə davam edən meşə yanğınları ilə bağlı açıqlama verib.
Nunyes bildirib ki, Fransanın cənub-qərbindəki Jironde departamentində ötən həftə başlayan yanğınlar nəticəsində indiyədək 42 min hektar ərazi yanıb. O həmçinin qeyd edib ki, 2500-dən çox yanğınsöndürən və 18 hava vasitəsinin mübarizə apardığı yanğın hələ nəzarət altına alınmayıb.
İlin əvvəlindən bəri ölkə miqyasında 13 566 yanğın hadisəsinin qeydə alındığını vurğulayan Nunyes, indiyədək 116 min hektardan çox ərazinin yandığını bildirib.
Bu ərazi təxminən Parisin mərkəzi hissəsinin sahəsindən 11 dəfə böyükdür.
Nunyes xatırladıb ki, Fransada meşə yanğınları baxımından ən ağır mövsümlərdən birinin yaşandığı 2022-ci ildə il ərzində cəmi 70 min hektar ərazi yanmışdı.
Meşə yanğınları mövsümünün əvvəlki illərə nisbətən daha tez başladığı Fransada Jironde ilə yanaşı, Land, Var və Yuxarı Korsika departamentlərində də yanğınlar günlərdir ki, davam edir.
Ölkədə yanğınlar səbəbindən 200 mindən çox insan təxliyə edilib.
Digər Xəbərlər
27 Iyul 2026 19:24
Qəzzada HƏMAS-ın təhlükəsizlik xidmətinin rəhbəri öldürülüb
27 Iyul 2026 19:17
Aİ-yə qoşulmaq üçün referendum keçirəcəklər
27 Iyul 2026 18:31
İraqın Baş naziri Türkiyəyə səfər edəcək
27 Iyul 2026 18:22
Ukraynanın Xəzərdə gəmiləri vurması... - Peskov
27 Iyul 2026 12:34
"Zelenskinin hərəkətləri anarxistlərin davranışını xatırladır" - İran XİN
27 Iyul 2026 12:09
Müdafiə naziri prezidenti günahlandırdı
27 Iyul 2026 11:56
Rusiyaya qarşı 21- ci paket sonuncu ola bilər
27 Iyul 2026 11:06


Bakı -°C

