Bu dəfə çaxmaqı Tramp çəkdi...
Gözlənildiyi kimi, ABŞ prezidenti Donald Tramp dünən orduya hücum əmrini verdi. Pentaqinun hərbi helekopterləri və qırıcı təyyarəkəri Vensuelanın paytaxtı Karakasa raket zərbələri endirməklə yanaşı, xüsusi xidmət orqanları ölkə prezidentinin iqmətgahına qarşı gizli əməliyyat həyata keçirərək, prezident Nikolas Madura və xanımını sözün əsl mənasında oğurladılar.
ABŞ prezidenti hesab edir ki, dövlət başçısını neytrallaşdırdıqdan sonra, Vdnesuelanın zəngun neft yataqlarına sahib çıxmaq arzusuna çatacaq.
Lakin, ölkə prezidentin və xanımının oğulanması xəbəri yayıldıqdan dərhal sonra, Venesurlanın vitse-prezidenti Delsi Rodriqes bəyan etdi ki, Vrnesuela heç kimin kaloniyası olmayacaq. Yəni, torpaqlrını nüdafiə etmək üçün sonadək döyşəcəklər...
"Venesuela xalqı dəqiq dərk edir ki, biz heç vaxt yenidən qul vəziyyətinə qayıtmayacağıq. Biz bir daha kimlərinsə kaloniyasına çevrilməyəcəyik"- deyə Podriqes ABŞ hücumlarından dərhal sonra keçirilən Müdafiə şurasının iclasında bəyan edib.
ABŞ prezidenti Donald Tramp aylar öncədən bəyan etmişdi ki, Venesuelanın prezidenti Nikolas Maduro və vitse-prezident Delsi Rodriqes Vaşinqtonun tələblərini yerinə yetitməsə ölkələri kütləvi raket atəşinə məruz qalacaq. Lakin, görünən odur ki, Venesuelanın müdafiə nazirliyi Trampın təhdidlərini ya ciddiyə almayıb, ya da Maduronun yaxın dostu, Vladimir Putindən aldıqları S-300 hava hücumundan müdafiə sustemlərinə, T-72 tanklarına və çoxsaylı silah-sursatlara arxayın olub, Lakin...
Pentaqonun birləşmiş qərərgah rəisləri komitəsinin sədri, general Den Keyn mətbuat konfransında bildirib ki, Nikolas Maduronun ələ keçirilməsi əmıliyyatlnda 150-dən çox təyyarə iştirak edib. Hücum əməliyyatında F-22, F-35, F-18 qırıcı təyyarələri ilə yanaşı B-1 və B-2 strateji bombardıman təyyarələrindən də istifadə olunub.
Maraqlldır ki, artıq dörd ilə yaxındır ki, Ukrayna ərazilərinə hücum edərək, ərazilərini işğal altında saxlayan, gecə-gündüz şəhər və kəndlərinin altını üstünə çevirən Rusiyanın xarici işlər nazirliyi, Venesuelaya qarşı aqressiya aktı həyata keçirən ABŞ-ı qınayıb (???) və qanuni seçilmiş prezidenti azad etməyə çağırlb.
Bu da belə... Deməli hegemon dövlətlərə qarşı beynəlxalaq qanunlar, beynəlxalq hüquq normaları işləmir. Əgər beynəlxalq institutlar ABŞ-a, Rusiyaya və s. "bərkgedən" dövlətlərə təsir etmək gücündə deyilərsə , onda onlar nəyə və kimə lazımdır?..
Dünya "müşə qanunları" ilə idarə olunur. Məhşur Azərbaycan fulmində, əmir Teymurunda dediyi kimi, "dünya belə qurulyb, ... iri həşəratlar, xırda həşəratları yeyir"...


Bakı -°C
