İran Trampın atəşkəs təklifini qəbul etmədi - Öz şərtlərini irəli sürdü
İran Trampın atəşkəs təklifini qəbul etməyib, öz şərtlərini irəli sürüb.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Tehran müharibənin bitmə tarixinin və şərtlərinin yalnız İran tərəfindən müəyyən edilə biləcəyini ABŞ tərəfinə çatdırıb.
“İran ABŞ prezidentinə müharibənin nə vaxt bitəcəyini diktə etməyə imkan verməyəcək. İran müharibəni özü qərar verdiyi zaman və yalnız öz şərtləri yerinə yetirildikdə bitirəcək. Tehran tələbləri yerinə yetirilənədək müdafiəni davam etdirmək və düşmənə “ağır zərbələr” endirmək niyyətindədir. Vaşinqton müxtəlif diplomatik kanallar vasitəsilə danışıqlar aparmağa çalışıb və Tehran tərəfindən “həddi aşan” və ABŞ-ın döyüş meydanındakı uğursuzluqları ilə uyğun gəlməyən təkliflər irəli sürüb".


Bakı -°C

