adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Makron öz aləmində Netanyahunu təhdid edir -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
509 | 2024-03-25 11:36

Fransanın "ağıllı" prezidenti Emanuel Makron, İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı bəyan edib ki, Rəfah şəhərində hərbi əməliyyatların keçirilməsi hərbi cinayət kimi qiymətləndirəcək.

 Fransız lideri Netanyahuya, həmçinin İsrail ordusunun "Əş-Şifa" hospitalına hücumundan da narahat olduğunu və dinc əhalinin zorla yaşayış yerlərindən çıxarılmasının da  hərbi cinayət olduğunu xatırladıb.

  Makronun tez-tez təkrarlağı "hərbi cinayətlə" bağlı fikirləri, onun Qafqazda erməniləri Azərbaycana aarşı yenidən qanlı müharibəyə başlamağa təhrik etməsi, Ukrayna müharibəsinin qızışdırılmasına yönəlmiş, "NATO dövlətlərinin təcili olaraq Ukraynaya hərbi qüvvələrini göndərməyə  çağırış etməsi" bəyənatları ilə heç bir halda uyğun gəlmir. 

Ümumiyyətlə dünya siyasətində özünün "matah" bir fiqur olduğunu zənn edən bu məxluq səhər verdiyi bəyənatlarla, günorta səsləndirdiyi bəyənatların   ziddiyət təşkil etdiyinin fərqinə varmır. Görünən odur ki, təkcə dünya siyasi çapında deyil, prezidenti olduğu Fransada da sərsəm bəyənatları ilə  gülüş hədəfinə çevrilən Makronun "siyasi günəşi" sönməyə doğru gedir. 

Hələ bu azmış kimi, Emanuel Makron Fransa dövləti adından, BMT-yə, Qəzza bölgəsində atəşin dayandırılması ilə bağlı qətnamə layihəsi göndərməyi də planlaşdırır. Avropanın böyük bir dövlətinə uzun illərdi rəhbərlkk edən şəxsin, BMT deyilən, özünü beynəlxalq təşkilat hesab edən bir qurumun son 50 ildə İsraillə bağlı çıxardığı 200-dən artıq qətnamələri saya salmayan Tel-Əvivdən  deyəsən heç məlumatı da yoxdur. Hər halda özünün xəbəri olmasa da, yaxın ətrafının bundan məlumatı  olmamış olmaz. Makron sadəcə olaraq, bu "ağıllı" bəyənatları ilə siyasi xal qazanmaq istəyir. 

 

TƏQVİM / ARXİV