adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

ŞÜMÜRÜN TƏRƏFİNİ SAXLAYANLAR - Aqil ABBAS yazır

AQİL ABBAS
721 | 2022-11-03 16:45

70 il Allahsız, dinsiz, imansız Sovet imperiyası yaşadı. 70 ildən sonra bir qoz, məhv oldu getdi. 

İndi 43 ildi Allahsız, dinsiz, imansız İran fars imperiyası  yaşayırdı. Əlbəttə, İran xalqına Allahsız, dinsiz, imansız demək olmaz. Xalqın  Allahı da var, dini də, imanı da. Amma İranda hakimiyyəti ələ keçirənlərin nə Allahı var, nə dini, nə imanı. 

Əgər Allahları, dinləri, imanları olsaydı özlərinin allahları, dini və imanı  bir olan Azərbaycanı dəstəkləyərdilər, Allahsız, dinsiz, imansız erməniləri yox. 

Deyəsən, İran fars  rejiminin  Allahsızlıqları da  Allahı  təngə gətirdi. 43 ildən sonra İran çat verib. 

Düzdür, nə ABŞ, nə də Avropa  dövlətləri  İranın parçalanmasını istəməz. Çünki İran parçalansa daha bir 35-40 milyonluq hər cür sərvətə malik Türk  dövləti yaranar ki, bu da nə ABŞ-a, nə də Avropa dövlətlərinə sərf edir. Sadəcə olaraq, İranı  cəzalandırmaq istəyirlər. 

Yəni mən İran fars rejiminin  Sovet  rus rejimi kimi 70 il  yaşayacağına inanmıram. Yəqin sizlər də inanmırsınız. Sovet  rejiminin nə qədər  şərəfsizlikləri olsa da müəyyən müsbət cəhətləri də  vardı ki, o, İranda yoxdur. 

Məhəmməd peyğəmbər  buyurur ki, ya Əli, Cənnət  anaların ayaqları  altındadı.  İran rejimi də  elə bilir ki, qadınları ayaq altına   atmaqla Cənnət yaradacaqlar, amma cəhənnəm yaradıblar. 

Səməd Vurğun yazır ki, qullar  dünyasının  üsyanı  yaman olur. İndi İranda bu  üsyanı qadınlar başladıb, qadınların  üsyanı  qulların  üsyanından da yaman olur. 

ABŞ-ın və Avropa dövlətlərinin   köməyi ilə İran üsyanı yatırdacaq, müvəqqəti.  Amma sonu İran üçün  faciəyə çevriləcək. 
Özlərini  şiə adlandıran İran şiə Azərbaycanı verdilər Ermənistanın  ayağına, yəni Yezidin  ayağına. Sən necə şiəsən ki, şiələri Yezidin ayağına verdin və verirsən? 

Şəhadəti İmam Hüseyndən öyrənib Allah yolunda, Vətən yolunda, Din yolunda şəhadətə  ucalanları verirsən Yezidin, Şümürün ayağına. 

Öz işindi istəyirsən Qafanda konsulluq aç, istəyirsən Gorusda, istəyirsən lap Mehridə, uduzmusan. Ermənilər kimi!  Batırsan,  tutmağa  saman  çöpun də yoxdur.

Sabir necə deyir:

Ağladıqca kişi qeyrətsiz olur, 
Necə ki ağladı İran oldu!

 

TƏQVİM / ARXİV