Çox çətin və gərgin oyun oldu. 95 dəqiqədə bəlkə də bir ilin adrenalini yaşadım. Və bu adrenalin təkcə mənə yox, bütün «Qarabağ»sevərlərə ləzzət elədi. Oyunu uduzsaq da, iki matçın nəticəsinə görə Çempionlar Liqasına vəsiqə qazana bildik.
Buna görə Möhtərəm Prezident İlham Əliyev də «Qarabağ» komandasını təbrik etdi. Bu da təbii ki, həm Qurban Qurbanova, həm də futbolçulara güclü bir motivasiya verdi.
«Qarabağ» bir daha bütün dünyaya sübut elədi ki, Azərbaycanda futbol var. Qurban Qurbanovun ayğır atları Avropanı tapdalaya-tapdalaya gedir. İnanırıq ki, Çempionlar Liqasında da «Qarabağ» öz sözünü deyəcək. Qurban xocanı və onun rəhbərlik etdiyi komandanın bütün oyunçularını bağrıma basır və təbrik edirəm.
«Qarabağ»ın Avropadakı oyunlarına həmişə qurban demişəm və doğulduğum kənddə, Ağcabədinin Bayat elinin Kolanı kəndində kəsdirdib paylatmışam.
Allah bütün qurbanları qəbul etsin!
Yazarın digər yazarlar

Aqil ABBAS: CIDIR DÜZÜ NİYƏ MÜQƏDDƏSDİR? (Mehriban xanım Əliyevanın ad gününə)

DAĞLAR MƏNİ TANIMADI - II HİSSƏ - Aqil ABBAS yazır

DAĞLAR MƏNİ TANIMADI - Aqil ABBAS yazır

ZELENSKİ TRAMPIN GÖRÜŞÜNƏ «QOHUM-ƏQRƏBALARI» İLƏ GETMİŞDİ - Aqil ABBAS yazır

AVROPA, AVROPA, DUY SƏSİMİZİ, İŞTƏ, BU, TÜRKLƏRİN AYAQ SƏSLƏRİ - Aqil ABBAS yazır

Aqil ABBAS: QƏDİR RÜSTƏMOVUN OV MACƏRALARI VƏ YOLUMUZUN ÜSTÜNƏ ÇIXAN QARA PİŞİK

ÇƏRX BAŞINA GƏLMƏYƏNİ, ÇƏRLƏDİN, ÇƏRLƏDİN ÖLDÜRÜN - Aqil ABBAS yazır
