"Şərhləri oxuyub ağlayırdım"

725 | 2025-06-09 11:13

"Avrovizya"da yaxşı yer tutmadığım üçün böyük travma yaşadım. Orada bizdən asılı olmayan səbəblər var idi. O qədər ağlamışdım. Gördüm göz yaşı üstümə gəlir. Şokda idim, hər şey çox qarışdı".

Adalet.az xəbər verir ki, bu sözləri müğənni Dilarə Kazımova "Efirdən kənar" proqramında deyib. Sənətçi "Avroviziya"da yer tutmaması ilə bağlı yazılan tənqidlərdən danışıb:

"Üç dəfə özümü sınamışdım və üçüncüdə getdim "Avroviziya"ya. Bakıya qayıtdım, 3, 4 ay ərzində heç bir iş olmadı. Sonra ərə getdim. İnsanlar mənim üstümə gəlirdi, 3, 5 min şərh yazılmışdı. Bütün nəslimi yada salırdılar. Şərhləri oxuyub ağlayırdım". (Axşam.az)

  • Iyun:
  • 6

TƏQVİM / ARXİV