İsrail Ukraynaya “Patriot” sistemlərini verib.
Adalet.az xəbər verir ki, bunu İsrailin Ukraynadakı səfiri Mixail Brodski deyib.
“Bir vaxtlar ABŞ-dan aldığımız “Patriot” sistemləri indi Ukraynadadır. Bunlar 90-cı illərin əvvəllərində xidmətdə olan İsrail sistemləridir. Onları Ukraynaya verməyə razılaşdıq. Və bu barədə təəssüf ki, çox danışılmadı. Amma deyəndə ki, İsrail hərbi cəhətdən kömək etməyib, bu, doğru deyil”, - Brodski bildirib.