Aşuranı yaradan, şəkilləndirən və YAŞADAN səbəblər var, sonuncu haqda ən az danışılıb. Əslində isə, ən vacib məqam elə odur. Sual: Aşura niyə yaşayır, niyə unudulub tarixə qovuşmur, niyə ildən ilə korşalmır, əksinə, daha da canlanır? Və ən əsası, Aşura niyə məhz belə yaşayır - isti, canlı, qanlı, hərarətli...!
Bu haqda çox danışmaq olar, lakin məncə, ən birincisi İlahi iradədir - Allah özü istəyib ki, o yaşasın. Allah özü istəyib ki, o məhz belə yaşasın!
Hərdən mənə elə gəlir ki, burda bizlik heç nə yoxdur, İlahi iradə tarixin bir dönəmində ən uyğun şəxsiyyətlərin vasitəsiylə ÖZÜNÜN BİLDİYİ hədəflər üçün möhtəşəm bir əsər yaradıb, və istəyib ki, məhz bu əsəri əbədiyyətəcən yaşasın! Hər il də dünyanın müxtəlif yerlərindən milyonlarla bəndələrini çıxarır meydana və öz SEVİMLİ ƏSƏRİNİ öz hədəfləri üçün yenidən suvarır, yenidən aktuallaşdırır:
bu AĞAC qurumamalıdır!
Bu bir İlahi iradədir, biz də ustufca onun icra edənləri.
Bu gün Aşuradır.
İlahi iradə yenidən meydan oxuyur bütün qaranlıqlara!
Bu gün il boyu yüksək tonda danışan bütün qüdrətlər susur və dinləyir:
Söz İlahi iradənindir!
Salam olsun ədalətin səsinə!
Salam olsun ləyaqətin nidasına!
Salam olsun Haqqın batili lərzəyə gətirən sədasına!
Salam olsun İŞIĞA!


Bakı -°C
