Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
Qanunverciliyə “hərbi qulluqçuların şəxsi jetonu” anlayışı daxil edilib.
Adalet.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, şəxsi jeton həlak olmuş, ölmüş, xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların şəxsiyyətini müəyyən etmək üçün istifadə edilən, fərdi identifikasiya nömrəsini və qan qrupunu özündə əks etdirən nişandır. Hərbi qulluqçular hərbi xidmət keçdikləri dövlət orqanları (dövlət orqanının strukturuna daxil olan qurumlar) tərəfindən şəxsi jetonla təmin edilirlər. Hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi, həmçinin şəxsi jetonun təsviri, xüsusiyyətləri və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Digər Xəbərlər
25 Iyun 2026 13:05
İntensiv yağış, güclü külək... - SABAHIN HAVASI
25 Iyun 2026 13:00
Müştərilərin hesab balansları bərpa edildi
25 Iyun 2026 12:24
Vilayət Eyvazov vətəndaş qəbulu keçirəcək
25 Iyun 2026 12:17
Şuşanın Sarıbaba kəndində 82 ha ərazi minadan təmizlənib
25 Iyun 2026 11:24
Bu gün qısa iş günüdür
25 Iyun 2026 11:22
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
25 Iyun 2026 09:31
“Bu keyfiyyətləri öz şəxsiyyətində və siyasi fəaliyyətində birləşdirən liderimiz var”
25 Iyun 2026 09:21


Bakı -°C

