adalet.az header logo
  • Bakı -°C

İntensiv yağış, güclü külək... - SABAHIN HAVASI

102 | 2026-06-25 13:05
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Bu barədə Adalet.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 55-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22°, bəzi yerlərdə 24-26° isti olacaq.

TƏQVİM / ARXİV