Əli Əsədov Həştərxan vilayətinin hökumət sədri ilə görüşdü
İyunun 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru və Hökumətinin sədri Denis Afanasyev ilə görüşüb.
Nazirlər Kabinetindən Adalet.az-a bildirilib ki, görüş zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının regionları, o cümlədən Həştərxan vilayəti arasında əməkdaşlığın yüksək səviyyədə olduğu məmnunluqla qeyd edilib.
Azərbaycan ilə Həştərxan vilayəti arasında iqtisadi-ticari və investisiya əlaqələrinin inkişafında müsbət dinamika xüsusi vurğulanıb, nəqliyyat, logistika, mədəni-humanitar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi yüksək qiymətləndirilib.
Həştərxan vilayətinin Azərbaycanın işğaldan azad edilmiş Qubadlı rayonunda məktəbəqədər təhsil müəssisəsinin tikintisi layihəsini həyata keçirməsi xüsusi qeyd olunub.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə Azərbaycan ilə Həştərxan vilayəti arasında əməkdaşlığın daha da gücləndirilməsi məsələlərinə toxunulub.
Digər Xəbərlər
25 Iyun 2026 11:26
İlham Əliyev sloveniyalı həmkarını təbrik etdi
24 Iyun 2026 19:50
Azərbaycanla İran arasında yeni əməkdaşlıq perspektivləri müzakirə edilib
24 Iyun 2026 18:41
İraq Prezidenti İlham Əliyevi təbrik etdi
24 Iyun 2026 18:18
Əli Əsədov Numan Kurtulmuşla görüşdü
24 Iyun 2026 18:11
"Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın" - İlham Əliyev
24 Iyun 2026 18:08
İlham Əliyev Bakıda Qalibafı qəbul etdi - FOTOLAR
24 Iyun 2026 18:06
"Fransa XİN-in əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edirik" - Rəsmi Bakı
24 Iyun 2026 17:44


Bakı -°C

