adalet.az header logo
  • Bakı -°C

Rusiyada ayı 2 nəfəri parçaladı

133 | 2026-09-20 16:02
A- A+

Rusiyanın Tomsk vilayətinin Kolpaşevo rayonunda ayının hücumu nəticəsində iki nəfər ölüb.

Adalet.az Rusiya mediasına istinadən xəbər verir ki, 44 yaşlı ferma işçisi sentyabrın 18-də itkin düşən inəyi axtarmaq üçün Sever kəndi yaxınlığındakı meşəyə gedib və geri qayıtmayıb.

Ertəsi gün onu axtarmağa yollanan 46 yaşlı kənd sakinindən də xəbər almaq mümkün olmayıb. Sentyabrın 20-də hər iki şəxsin meyiti meşəlik ərazidə aşkarlanıb.

İnsanlara hücum etdiyi bildirilən ayı zərərsizləşdirilib. Faktla bağlı araşdırma aparılır.

  • Avqust:
  • 28

TƏQVİM / ARXİV