adalet.az header logo
  • Bakı -°C

Rusiya Ukraynanın nə qədər ərazisini işğal edib?

159 | 2026-01-02 10:30
A- A+

2025-ci il ərzində Rusiya qoşunları Ukrayna ərazisinin 4336 kvadrat kilometrini işğal edib.

Adalet.az xəbər verir ki, bu barədə “DeepState” layihəsinin analitikləri məlumat veriblər.

Qeyd olunur ki, 2025-ci ildə ruslar Ukraynanın ümumi ərazisinin təxminən 0,72%-ni ələ keçiriblər. 1 yanvar 2023-cü ildən 1 yanvar 2026-cı ilədək işğal olunmuş ərazilərin artımı 7463 kvadrat kilometr, yəni ölkə ərazisinin 1,28%-i təşkil edib.

Analitiklər vurğulayıblar ki, 2025-ci il Rusiyanın genişmiqyaslı işğalının əvvəlki illəri ilə müqayisədə Ukraynanın Müdafiə Qüvvələri üçün həqiqətən çətin il olub.

Ümumilikdə, Rusiya Ukrayna ərazisinin 116 165 kvadrat kilometrini işğal edib.

TƏQVİM / ARXİV