“Türkiyədə fərqli ideoloji baxışlara malik insanlar var...”
“Türkiyə Gənclik Vəqfi İstanbulda “Qəzzaya ədalət” yürüşü keçirib. Yürüşə 400-ə yaxın qeyri-hökumət təşkilatının dəstəyi ilə 520 min insan qatıldığı bildirilib. Yürüşə qatılmaq istəyənlərdən bir qrupunun əllərində Misir və Azərbaycan Dövlət Neftş Şirkəti əleyhinə şüarı əks etdirən pankartlar olub. Onları yürüşə qatılmağa icazə verməyiblər, təxribatın qarşısı alınıb”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Həmin qrup Misiri ona görə hədəf alıb ki, bu dövlət İsraildən qaz alışına dair saziş imzalayıb, Dövlət Neft Şirkətini isə İsrailə neft satmaqda ittiham edirlər. Diqqətimi məlum qrupun nəfis şəkildə hazırladıqları pankartlar çəkdi. Onlar bunu nəşriyyatda hazırlayıblar. Bu qrupda yer alanlar 2024-cü ilin iyun ayında Dövlət Neft Şirkətinin İstanbuldakı ofisinin qarşısında da etiraz təşkil etmişdilər. Türkiyədə fərqli ideoloji baxışlara malik insanlar var, içərlərində radikalizmə meyllənənlərə də rast gəlinir, 3 gün əvvəl terrorçu İŞİD üzvləri ilə toqquşmada 3 polis şəhid edildi. Dövlət Neft Şirkəti 20 milyard dollarla Türkiyəyə ən çox yatırım qoyan şirkətdir və İsrailin Azərbaycan neftinin alışı Türkiyənin Ceyhan limanı üzərindən həyata keçirilir. Yəni Türkiyədə İsrailə neft satışına görə Dövlət Neft Şirkətini hədəf seçənlər həm də öz dövlətlərini hədəf seçirlər”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
02 Aprel 2026 21:00
Pezeşkian İlham Əliyevə zəng etdi
02 Aprel 2026 17:43
BMT-də Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edildi
02 Aprel 2026 14:44
“Aprel döyüşləri böyük zəfəri daha da yaxınlaşdırdı...” – Hərbi ekspert
02 Aprel 2026 14:32
Cevdet Yılmaz: Yaxın zamanda daha çox inkişaf etmiş Qarabağı görəcəyik
02 Aprel 2026 14:14
Paşinyan Putinin hər təklifinə faktiki mənfi cavab verdi – Politoloq
02 Aprel 2026 14:08
Prezident Zəngəzur dəhlizinin icrasından danışdı
02 Aprel 2026 14:07
"Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına böyük töhfə verir və verəcək" - İlham Əliyev
02 Aprel 2026 13:58


Bakı -°C

