Rusiyanın Ukraynaya endirdiyi yeni zərbələr nəticəsində azı 6 nəfər həlak olub, Kiyevin Şimal körpüsü isə zədələnib. Hücumdan sonra körpüdə nəqliyyatın hərəkəti dayandırılıb və paytaxtda ciddi tıxaclar yaranıb.
Adalet.az xəbər verir ki, Kiyev meri Vitali Kliçko bildirdiyinə görə, zərbə körpünün yol örtüyünə və trolleybus xətlərinə ziyan vurub. Hadisə zamanı iki nəfər yaralanıb, onlardan biri qısa müddət xəstəxanada saxlanılıb. Rusiya Müdafiə Nazirliyi hücuma görə, məsuliyyəti təsdiqləyib və körpünün Ukrayna ordusunun hərbi logistikasında istifadə edildiyini iddia edib.


Bakı -°C
