adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Rusiya atom silahından istifadə edə bilərmi? -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
675 | 2022-09-29 11:24

ABŞ neçə illər Rusiyanın Ukraynaya hücum edəcəyi xəbərlərilə qulaqları doldurdu, daha doğrusu NATO -qüvvələrini müxtəlif bəhanələrlə Rusiya sərhədlərinə yaxınlaşmağa hazırlaşdığını imitasiya etdi və nəhayət  istəyinə nail oldu. 

Bu ilin 24 fevral tarixində Rusiya Ağ Evin onun üçün hazırladığı oyuna düşərək Ukraynaya qarşı müharibəyə başladı. Bu illər ərzində, dünyanın bütün informasiya şəbəkələrində, hətta Rusiyanın daxilində belə müxtəlif hərbi "mütəxəsislər", "ekspertlər", hətta "politoloqlar" və "siyasi xadimlər" Rusiyanın hərbi potensialının  Ukraynanı bir neçə günə işğal etmək gücündə olduğunu təbliğ edərək, Vladimir Putini bunun həqiqət olduğuna inandıra bildilər və məqsədlərinə qismən də olsa çatdılar.

Rusiya "şeytan yuvasının" hazırladığı tora düşdü, vəd olunan bir neçə günlük işğal planı artıq yeddi  aya yaxındır davam edir. Rusiya nəinki qalib gələ bilmir, hətta güclü müqavimət qarşısında milyarlarla dollarlıq hərbi texnikasını və on minlərlə canlı qüvəsini itirib. 

ABŞ və müttəfiqləri vəziyyətdən istifadə edərək, Rusiyaya qarşı çox ciddi və ağır sanksiyalar tədbiq etməklə Rusiyanı diz çokdürmək istəyirdi. Lakin onlar da istəklərinə tam şəkildə nail ola bilmirlər. Düzdür, Rusiya iqtisadiyyatı və büdcəsi antirusiya sanksiyalarına görə ciddi zərbələr alır, lakin görünən odur ki, bu zərbələrə dözmək gücünü itirmir.

 Əslində ABŞ -ı nə Ukraynanın, nə də ukraynalıların taleyi maraqlandırmır. ABŞ -heç ağır iqtisadi böhran burulğanına düşməkdə olan, "tərəfdaşları saydığı" Avropa dövlətləri də maraqlandırmir. Vaşinqtonun məqsədi Rusiyanı çökdürüb dağırmaqdır və bunu heç gizlətmirlər də.

İllərdi ortaya atdığı pandemiya oyunıarı ilə, süni surətdə yaratdığı enerji böhranı ilə dünyanı gərgin vəziyyətə salmaqla qazandlğı trilyonlarla dollar vəsaitin də bir hissəsini məqsədlərinə çatmaq üçun xərcləməkdə israrlıdır. Bu günədək  Ukraynaya hərbi yardımlar adıyla 100 milyardlarla vəsait ayırıb və ayırnaqda davam etməklə göstərir ki, bu müharibənin bitməsində heç də maraqlı deyil. Adətən hər il ABŞ - hərbi büdcəsinə ayrılacaq vəsaitin 10-15 milyard dollar artırılmasına qarşı çıxan senatorlar aylarla qərar qəbul edə bilmirlər.  Ukraynaya isə hərbi məqsədlər üçün Ağ Evdən gələn  on milyarlarla dolların ayrılması təkliflərini anındaca qəbul edirlər. 

 "Şeytan yuvası", indi də başını itirməkdə olan Rusiyanı nüvə müharibəsinə başlamağa təhrik edirlər. Ambisiyalarını cilovlaya bilməyən Rusiya prezidenti isə nəyin bahasına olursa olsun Ukraynanı məhv etməklə özünü dünyaya və xalqına sübut etməyə çalışır. Vladimir Putin bunun üçün əllərində olan ən sonuncu vasitələrdən də istifafə edəcəklərini açıq şəkildə bəyan edir. Son vasitə dedikdə  isə, Rusiya prezidentinin nüvə silahlarından istifadə edəcəyini nəzərdə tutulduğunu hamı bilir və bu heç kimdə şübhə doğurmur.

Birləşmiş Ştatlar isə, Putini qızışdırmaqda davam edir. ABŞ konqressinin demokrat-senatoru Lindsi Qrem, konqressin komitə iclasında, Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə edəcəyi təqdirdə, "bunun NATO ölkələrinə hücum kimi" qiymətləndiriləcəyini bəyan edib.

Qrem, konqressə müraciət edərək bildirib ki, Moskvaya rəsmi xəbərdarlıq edilməlidir ki, Rusiya Ukraynaya qarşı nüvə silahından istifadə edəcəyi təqdirdə, "onun əraziləri  cəhənnəmə çevirəcək".

Dünya böyük fəlakət qarşısındadırmı? Bu sual bu gün hamını düşündürür. Rusiya isə bu fəlakətə qarşı irəliləməkdə israrlıdı. Hər iki tərəfə ağır itkilər, fəlakətlər, faciələr və ciddi iqtisadi ziyanlar gətirən müharibəni dayandıraraq, məsələni siyasi danışıqlar yolu ilə həll etməyə çalışmaq əvəzinə, işğal etdiyi Ukrayna vilayətlərində qanunsuz referendumlar keçirib, bu əraziləri Rusiyanın təkibinə qatmağa hazırlaşır və yəqin ki, gələn həftə ərzində bunu həyata keçirəcək.

Bu isə o deməkdir ki, qanlı müharibə sonsuzluğa qədər davam edəcək və görünən odur ki, vəziyyətin Rusiyanın əleyhinə işlədiyi bir vaxtda nüvə silahından istifadə ediləcəyi də an məsələsinə çevrilməkdədir. Bu isə fəlakətin başlanğıcı ola bilər...

 

TƏQVİM / ARXİV