REYESTR XiDMƏTiNiN YARANMASI VƏTƏNDAŞLARIN MüLKiYYƏT HüQUQLARINI QANUNiLƏŞDiRiR

1842 | 2007-10-26 08:59
Daşınmaz əmlak üzərində mülkiyyət hüquqi subyektin ona mənsub olan daşınmaz əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Daşınmaz əmlaka mülkiyyət hüququ isə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan qüvvəyə minir.
   
   Bu gün respublikamızda vətəndaşların bu hüquqlarını qanuniləşdirən, ona lazımi sənədləri verən Daşınmaz Əmlakın Dövlət Reyestr xidməti fəaliyyət göstərir. Belə Ərazi idarələrindən biri də Qəbələ rayon Ərazi İdarəsidir. İdarədə bu gün görülən və görüləcək işlərlə tanış olmaq üçün müxbirimiz Azərbaycan Respublikası DƏDRX-nin Qəbələ rayon ərazi idarəsinin rəisi Məmməd İsmayılovla görüşüb onunla söhbət etmişdir. O demişdir:
   
   Xidmətin Qəbələ rayon Ərazi İdarəsi "Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası prezidentinin 2005-ci ilin 30 avqust tarixli 286 nömrəli Fərmanın, Azərbaycan Respublikası prezidentinin "Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bəzi məsələləri haqqında" 2005-ci il 26 oktyabr tarixli 1065 nömrəli sərəncamının tələbləri əsasında Xidmət rəisinin 05 T nömrəli 09 yanvar 2006-cı il tarixli əmri ilə Qəbələ, Oğuz və İsmayıllı rayonlarını əhatə etməklə Qəbələ rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin bazasında yaradılmış, Qəbələ rayon Ərazi İdarəsinin əsasnaməsi xidmətin rəisinin 10 fevral 2006-cı il tarixli 34-İ nömrəli əmri ilə təsdiq olunmuşdur. Xidmət rəhbərliyi mənə böyük etimad göstərib, Xidmətin Qəbələ rayon Ərazi İdarəsinə rəis vəzifəsinə təyin olunmuşam.
   
   Bu dövrdən sonra Qəbələ rayon Ərazi İdarəsinin formalaşması və onun fəaliyyətinin təşkil edilməsi işləri görülməyə başlamışdır. Bu zaman qarşımızda duran ən vacib məsələ idarənin yerləşməsi üçün inzibati binanın tapılması və müvafiq ixtisasa, bacarığa malik kadrların seçilməsi idi. İlk növbədə Xidmət rəhbərliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin yaxından köməkliyi ilə Azərbaycan Respublikası "Kapital Bankın" Qəbələ filialının inzibati binasının 2-ci mərtəbəsi idarəmizin yerləşməsi üçün icarəyə götürüldü və binada daxili imkanlar hesabına təmir işləri aparıldı.
   
   Beləliklə, idarənin normal fəaliyyəti üçün mümkün olan iş şəraiti yaradılmışdır. İnzibati binada yüngül konstruksiyalarla rekonstruksiya işləri həyata keçirilmiş, vətəndaşların gözləməsi üçün salon, vətəndaşların maarifləndirilməsi üçün məlumat guşəsi, ərizələrin doldurulması üçün nümunələr stend formada hazırlanmış, vətəndaşlar tərəfindən ərizənin yazılması üçün stend-stol düzəldilmiş, vətəndaşların qəbulu və onların iştirakı ilə sənədlərin ekspertizası üçün, sənədlərin qəbulu və verilməsi üçün pəncərə sistemli otaqlar düzəldilmişdir.
   
   Ümumiyyətlə, idarəmizdə hazırda 24 nəfər mütəxəssis işləyir. İdarəmizin Oğuz rayon şöbəsində müvafiq ixtisaslı kadrlara, eyni zamanda hüquqşünasa, kadastr işləri üçün mütəxəssisə, elektron cihazlardan istifadə etməklə çöl ölçmə işlərini yerinə yetirməyi bacaran kadrlara ehtiyacı vardır. Yeri gəlmişkən onu da qeyd etməliyəm ki, çöl ölçmə işlərini yerinə yetirmək üçün elektron cihazlarımızın olmaması müəyyən problemlər yaradır ki, bu da yerinə yetirdiyimiz işlərin yüksək keyfiyyətli olmasına imkan vermir.
   
   Yəqin ki, yaxın vaxtlarda xidmətin mərkəzi aparatının köməkliyi ilə həmin cihazların alınmasına nail olacağıq. Elektron ölçmə cihazlarından yalnız bir ədəd "distomant" adlı cihazımız var ki, bundan yalnız otaq şəraitində ölçmə işlərinin yerinə yetirilməsində istifadə olunur.
   
   İdarəmizin fəaliyyətə başladığı ilk dövrlərdə vətəndaşların ərizə və müraciətlərinin qəbulunun təşkilində müəyyən çətinliklərlə üzləşsək də bu məsələ artıq həll olunmuşdur. Belə ki, vətəndaşların qəbulunu mövcud qanunvericiliyə uyğun formada təşkil etmək üçün idarə rəhbərliyi tərəfindən müvafiq əmr verilmişdir ki, əmrlə vətəndaşların qəbulunun təşkili ümumi şöbəyə həvalə olunmuşdur. Fəaliyyət göstərdiyimz müddətdə vətəndaşların qəbulu ilə bağlı heç bir şikayət olmamışdır. Xidmət fəaliyyətimiz ilə bağlı, yəni hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın pasportunun hazırlanması, daşınmaz əmlakın dövlət reyestrindən arayışların verilməsi və s. ilə bağlı idarəmizə müraciət edən vətəndaşlar xüsusi qayda ilə qəbul olunurlar.
   
   Qəbələ rayon Ərazi İdarəsi fəaliyyətə başladığı andan idarənin arxiv təsərrüfatının təşkili ilə bağlı müəyyən işlər görülmüşdür. Belə ki, İsmayıllı, Oğuz rayonları üzrə arxiv materialları tərəfimizdən qəbul edilmiş və mümkün olan komplektləşdirilmədən sonra şkaflara yığılmışdır.
   
   Qəbələ rayon Ərazi İdarəsində lokal kompüter şəbəkəsi qurulmuş və 16 oktyabr 2006-cı il tarixdən daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatı paralel olaraq elektron daşıyıcılarda və kağız üzərində aparılır. Eyni zamanda daşınmaz əmlakın texniki pasportları da avtomatlaşdırılmış sistem üzrə elektron daşıyıcıları vasitəsi ilə tərtib edilir. Avtomatlaşdırılmış sistem üzrə iş fəaliyyətimizin qurulmasında mühüm nailiyyətlər əldə edilmişdir.
   
   Mən bu gün Qəbələ rayon Ərazi İdarəsinin formalaşması, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə əlaqədar görülən işlər, nəticələr, problemlər barəsində hesabat verərkən qeyd edirəm ki, formalaşmağa başladığı ilk günlərdən mərkəzin aparat ilə əlaqə saxlamağa aid bir telefon rabitəsi, əhaliyə normal xidmət göstərmək üçün müvafiq şəraiti olmayan binada yerləşən Qəbələ rayon Ərazi İdarəsi iş şəraiti olan binaya köçmüş, idarənin işçiləri üçün müvafiq iş şəraiti yaradılmış, müasir standartlara cavab verən inventar və avadanlıqlar alınmış, lokal kompüter şəbəkəsi qurulmuş, əhaliyə yüksək səviyyədə xidmət göstərmək üçün lazım olan bütün işlər görülmüşdür.
   
   

TƏQVİM / ARXİV