adalet.az header logo
  • Bakı -°C

"Real"dan "Fiorentina"ya icarəyə göndərildi

196 | 2026-08-09 00:33
A- A+

Argentina millisinin hücumçusu Franko Mastantuono "Real Madrid"dən icarə əsasında "Fiorentina"ya keçib.

Adalet.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

Mastantuono 2025-ci ilin yayında Argentinanın "River Pleyt" klubundan İspaniya nəhənginə transfer olunmuşdu. O, bu müddət ərzində bütün turnirlərdə 35 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

18 yaşlı futbolçunun klubla qüvvədə olan müqaviləsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 45 milyon avro təşkil edir.

Ötən mövsümün yekunlarına əsasən, "Fiorentina" İtaliya A Seriyasının turnir cədvəlində 15-ci yeri tutub.

 

  • Iyul:
  • 31

TƏQVİM / ARXİV