adalet.az header logo
  • Bakı -°C

Qəza aradan qaldırıldı...

92 | 2026-02-06 19:33
A- A+

Qış aylarında hamı istəyir ki, mənzili isti olsun.Mənzil isti olmayanda  birmənalı olaraq insanlar çox əziyyət çəkirlər!  Bizim mənzimizə də , baş vermiş qəzaya görə istilik gəlmirdi.

" Azəristiliktəchizat" isə çalışır ki, hər bir mənzili normal istiliklə təchiz etsin! Onu da qeyd edək ki, son vaxtlar məlum qurumun qazanxanaları ən müasir avadanlıqla təmin edilib və bu da əhaliyə daha  yaxşı istilik verilməsinə əlverişli şərait yaradır. İndi bir çox abonentlər bu xidmətdən razılıq edirlər! " Azəristiliktəchizat" ın Yeni Günəşlidəki xidmət sahəsi sözün həqiqi mənasında öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir. Sahə rəisi Məhəmməd müəllim və  onun əməkdaşları binamızda yaranmıs qəzanı  vaxtında aradan qaldırdılar. Onlar səhər və gecə saatlarında bu ağır işin öhdəsindən peşəkarlıqla  gəlməyi bacardılar  və bizi soyuq havada çətin vəziyyətdə qoymadılar.

Zirzəmidəki istilik xətləri 35 il bundan əvvəl istismara verilib. Ona görə də, burada belə qəzalar tez- tez baş verir. Günün qaranlıq saatlarında isə zirzəmidə təmir işləri aparmaq çox çətindir. Amma buna baxmayaraq , Məhəmməd müəllim və onun əməkdaşları bu işin öhdəsindən gəlməyi bacardılar. Bu xidmətə görə bizim blokda yaşayan sakinlər Məhəmməd müəllim başda olmaqla əməkdaşlaran öz təşəkkürünü  bildirir.Mənzillərimiz soyuq havalarda isti olanda  biz də özümüzü yaxşı hiss edir və soyuqdan xəstələnmirik!!!

Emil FAİQOĞLU  

  • Fevral:
  • 6

TƏQVİM / ARXİV