ABŞ-Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq sahəsində gələn ildən yeni bir sazişin imzalanması gözlənilir. Xüsusilə ABŞ-nin Azərbaycana silah satışı məsələsi reallaşa bilər”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, bu, ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir:
“İki ölkə arasında əməkdaşlığın dərinləşməsinə mane olan əsas amillərdən biri 1992-ci ildə qəbul edilmiş “Azadlığa Dəstək Aktı”na əlavə edilən və Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını məhdudlaşdıran 907-ci düzəlişdir. Sözügedən düzəliş uzun illərdir ki, Vaşinqton–Bakı münasibətlərində siyasi və hüquqi problemlər yaradır. Məhz bu kontekstdə Donald Tramp administrasiyasının 907-ci düzəlişin Konqresdə ləğvi istiqamətində prosesə başlanır. Mövcud siyasi dinamika fonunda növbəti ildən bu düzəlişin ləğv olunması real görünür. Təbii ki, buna paralel olaraq Amerika Erməni Assambleyası 907-ci düzəlişin qüvvədə saxlanılması üçün Konqresdə aktiv lobbi fəaliyyətinə start verib. Bununla yanaşı, ABŞ prezidenti Donald Trampın gələn il Azərbaycana səfir təyin edəcəyi gözlənilir ki, bu da Vaşinqtonun Bakı ilə münasibətlərə verdiyi siyasi önəmin göstəricisidir. ABŞ–Azərbaycan əlaqələrinin dinamik şəkildə inkişaf edərək yeni mərhələyə keçəcəyi gözlənilir. Bu prosesin qarşısını almağa yönəlmiş Rusiya və erməni lobbisinin cəhdlərinin isə strateji baxımdan uğursuz olacaq. Regional geosiyasi reallıqlar və ABŞ-ın Cənubi Qafqazda maraqlarının artması Azərbaycanla əməkdaşlığı qaçılmaz edir”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C
